Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:12

«Halal avtomobil» buraxılacaq


"Halal maşın"ın bugünkü avtomobillərdən hansısa oxşayacağı hələ bilinmir
"Halal maşın"ın bugünkü avtomobillərdən hansısa oxşayacağı hələ bilinmir
HƏR ŞEYİN HALALINI AXTARANLARA MAŞININ DA HALALI

Yaxın bir neçə ildə halal kolbasa, halal ət, halal pivə ilə yanaşı halal maşın da arzu edənlərin istifadəsinə veriləcək. Əslində 2011-ci ilin sonuna tam olaraq istehsalına başlanması gözlənilən bu halal avtomobili digərlərindən ancaq sırf müsəlmanlar tərəfindən, müsəlmanların puluyla düzəldilməsi fərqləndirəcək.

Türkiyə mediasının məlumatına görə, halal və ya müsəlman avtomobili ideyası iranlılar tərəfindən ortaya atılıb. İranın Sənaye və Mədən naziri Əli Əkbər Mehrabiyan Türkiyə baş nazirinin İrana səfəri vaxtı bildirmişdi ki, “güclərimizi birləşdirsək, dünyanın ən yaxşı avtomobilini yarada bilərik və bütün islam dünyası bununla qürur duyar, bu maşın islam dünyasının iftixarı olar”.

İRAN VƏ TÜRKİYƏ ARTIQ DANIŞIQLARA BAŞLAYIB

İranın Sənaye və Mədən naziri Əli Əkbər Mehrabiyan və Türkiyənin Sənaye və Ticarət Naziri Nihat Ərgün yanvarın 7-də Ankarada bu layihəni müzakirə edir. Layihəyə görə, “halal və ya müsəlman” maşını İranın “Səmənd” avtomobilllərinin əsasında, amma türk avtobomilçilərinin də ideyaları və texnologiyasıyla Türkiyədə istehsal ediləcək.

Tamamilə yeni ad və model yaradılacaq. Halal maşında 3 cür motor - benzin, qaz və dizel motorları olacaq. Bir çox islam dövlətinin layihəyə maliyyə dəstəyi verəcəyi artıq razılaşdırılıb. Qalıb sadəcə zavodun yerini və istehsal həcmlərini müəyyənləşdirmək. Və bir də “halal” avtomobili yaratamaq.
XS
SM
MD
LG