Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:52

İlham Əliyev: «İkinci erməni dövləti yaradılmayacaq»


«Azərbaycan torpağında ikinci erməni dövləti yaradılmayacaq». Prezident İlham Əliyev fevralın 23-də Lökbatan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binanın açılışı mərasimində çıxışı zamanı belə deyib.

Prezident bildirib ki, bu gün dünya birliyi və xüsusilə bu münaqişə ilə məşğul olan vasitəçilər məsələnin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasını təklif edirlər:

«Əminəm ki, bu yanaşma məsələnin tezliklə həll olunmasında bizə kömək göstərəcək. Çünki bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir».

«Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir» deyən İlham Əliyev əlavə edib ki, «heç vaxt Azərbaycan torpağında ikinci erməni dövləti yaradılmayacaq. Heç vaxt Dağlıq Qarabağ müstəqil olmayacaq. Bunu bütün dünya bilir. Ermənistan bu həqiqəti nə qədər tez dərk etsə, məsələ öz həllini o qədər də tez tapar. Məsələ öz həllini tapandan sonra bölgədə sülh tam şəkildə bərqərar oluna bilər.Çünki Ermənistan-Azərbaycan münaqişəsi bölgənin ən böyük problemidir. Bu problem həll olunmadan heç bir başqa problem öz həllini tapa bilməz».
XS
SM
MD
LG