Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:29

Serj Sarkisyan İlham Əliyevə müraciət edib


Serj Sarkisyan
Serj Sarkisyan
«Mən Azərbaycan prezidentini güc tətbiq etməmək barədə saziş imzalamağa çağırıram».

Bunu Ermənistan prezidenti Serj Sarkisyan «Euronews» kanalına müsahibəsində deyib.

S.Sarkisyan bildirib ki, beynəlxalq ictimaiyyət münaqişəni beynəlxalq hüququn üç prinsipi əsasında həllini təklif edir - öz müqəddəratını təyinetmə, ərazi bütövlüyü və güc tətbiq etməmə .

O hesab edir ki, bu sazişin imzalanması Ermənistan və Qarabağ əhalisində Azərbaycanın münaqişənin dinc yolla həllinin tərəfdarı olduğuna inam yaradardı:

«Sonra isə biz detallar üzərində iş apara bilərik».

Londonda verdiyi «Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb» bəyanatına münasibət bildirən S.Sarkisyan bir daha deyib ki, Dağlıq Qarabağ Azərbaycana regionun sovetləşməsi zamanı verilib. O, dünya ictimaiyyətinə bir sual da ünvanlayıb:

«Niyə dünya ictimaiyyəti SSRİ-nin dağılmasını alqışladı? Niyə bəyan etmədi ki, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan SSRİ-nin tərkib hissəsidir? Amma Qarabağla bağlı dünya ictimaiyyəti təkid edir ki, o, Azərbaycanın tərkib hissəsidir. Sizə elə gəlmirmi ki, bu, məntiqli deyil?».

«Münaqişənin dinc yolla həlli üçün hansı kompromisə hazırsınız» sualını cavablandıran S.Sarkisyan deyib ki, münaqişənin səbəblərini aydınlaşdırmadan onun nəticələrini aradan qaldırmaq olmaz:

«Səbəblərə gəldikdə, biz öncə Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsindən danışırıq. Bu, həll olunan kimi, regional problemlərin həlli ilə bağlı digər proseslər asan və tez gedəcək. Məlumdur ki, biz - ermənilər münaqişənin həllində daha maraqlıyıq. Onun uzunmüddətli olmasını - regionda sülh və təhlükəsizliyin bərqərar olmasını istəyirik, sadəcə, Dağlıq Qarabağı Azərbaycana hədiyyə etmək yox. Bu, Dağlıq Qarabağın mövcudluğunun sonu demək olardı». / APA /
XS
SM
MD
LG