Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:01

İlham Əliyev: «Bu il də Azərbaycanda pensiya və maaşlar artırılacaq»


«Ölkəmizin gələcək inkişafı üçün bütün imkanlar var. Bu gün Azərbaycan, sözün əsl mənasında, uğurlu inkişaf dövrünü yaşayır. Biz bütün vəzifələri uğurla icra edirik».

APA-nın məlumatına görə, İlham Əliyev Şirvan şəhərinə səfəri zamanı çıxışında bunu deyib. Dövlət başçısı bütün sahələrdə, o cümlədən iqtisadi, siyasi və sosial məsələlərin həllində Azərbaycanın öz daxili imkanlarına arxalanaraq müstəqil siyasət apardığını vurğulayıb.

GÜCLÜ SİYASİ İRADƏ, İQTİSADİ İMKAN, PEŞƏKAR KADR…

«Biz elə etməliyik ki, gələcəkdə də, bütün dövrlərdə ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkə qarşısında duran bütün
Azərbaycan o ölkədir ki, 2009-cu ildə dünya miqyasında ən sürətlə inkişaf edib, iqtisadi nailiyyətlərə nail ola bilib...
problemləri həll edək» deyən prezident problemlərin böyük hissəsinin həll olunduğunu, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının birinci hissəsinin uğurla başa çatdırıldığını qeyd edib:

«İndi ikinci proqram icra olunur. Bu proqramın icrasında da yaxşı nailiyyətlər var. Amma biz elə etməliyik ki, ikinci proqramın başa çatması ilə əlaqədar bütün işlər vaxtında görülsün və proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edilsin. Belə olarsa, 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi, infrastruktur və sosial məsələlər həllini tapacaq. Hər halda bunu etmək üçün güclü siyasi iradə, artıq güclü iqtisadi imkanlar, peşəkar kadrlar var. Əminəm ki, yerlərdə artıq mövcud olan infrastruktur və texniki imkanlar bu məqsədə çatmaq üçün bizə şərait yaradacaq».

«YOXSULLUQ FAİZİ ENİB»

Prezident bununla belə, həll ediləsi problemlərin hələ də çox olduğunu bildirib:

«Əsas sosial və iqtisadi problemlərin böyük hissəsi həll olunub. Azərbaycanda işsizlik böyük dərəcədə aradan qaldırılıb. Yoxsulluq demək olar ki, artıq inkişaf etmiş ölkələrin səviyyəsinə - 49 faizdən 11 faizə enib. Bütün bunların təməlində aparılan islahatlar, düşünülmüş siyasət və görülən iqtisadi tədbirlər dayanır».

2009-cu ilin bütün dünya üçün sınaq ili olduğunu xatırladan dövlət başçısı iqtisadi və maliyyə böhranının bütün ölkələrə təsir göstərdiyini diqqətə çatdırıb:

«İŞ ÜÇÜN XARİCƏ GEDƏNLƏR QAYIDIR, ÜSTƏLİK...»


«Hansı ölkə bu sınaqdan necə çıxıb? Əsas məsələ, mahiyyət bundadır. Azərbaycan o ölkədir ki, 2009-cu ildə dünya miqyasında ən sürətlə inkişaf edib, iqtisadi nailiyyətlərə nail ola bilib. İqtisadiyyatımız təxminən 10 faiz artıb. Bu, sadəcə bir göstərici deyil. Bu göstərici insanların həyat səviyyəsində, abadlaşan şəhərlərdə, çəkilən yollarda, tikilən müəssisələrdə özünü göstərir. Bu gün Azərbaycanda işləmək üçün xaricdən işçi qüvvəsi gəlir və bu məqsədlə biz bu yaxınlarda Dövlət Miqrasiya Xidməti yaratmışıq ki, bu prosesləri tənzimləyək. Artıq vaxtilə ölkəmizdən başqa şəhərlərə, ölkələrə getmiş vətəndaşlar da qayıtmağa başlayırlar. Azərbaycanda sabitlik, ictimai-siyasi asayiş ən yüksək səviyyədədir».

Prezident işsizliyin aradan qaldırılması sahəsində görülən işlərin yeni müəssisələrin, fabriklərin yaranmasına gətirib çıxardığını qeyd edib:

İNDİ HÖKUMƏTİ SU-KANALİZASİYA DÜŞÜNDÜRÜR

«Özəl sektor inkişaf edir. Sahibkarlığa dəstək məqsədi ilə kreditlər ayrılır, kənd təsərrüfatının inkişafı üçün böyük subsidiyalar qoyulur. İnfrastruktur layihələri, bütün ölkəmizdə yol tikintisi, müasir müəssisələr, indi qazlaşdırma prosesi sürətlə gedir. Elə etməliyik ki, ölkəmizin bütün məntəqələrinə kifayət qədər elektrik enerjisi verilsin, qaz problemləri həllini tapsın. Növbəti mərhələdə içməli su, kanalizasiya problemləri bizim üçün prioritet təşkil edir. Ümid edirəm ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızın su-kanalizasiya problemləri həllini tapacaq».

Dövlət başçısı beynəlxalq maliyyə qurumları, mötəbər beynəlxalq təşkilatların da Azərbaycanın uğurlarını qeyd etdiyini vurğulayıb:

MDB-DƏ BİRİNCİ ÖLKƏ

«Biz rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci ölkəyik. Bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal rəqabət hesabatında bildirildi ki, Azərbaycan informasiya-kommunikasiya sahəsində MDB məkanında birinci yerə çıxıb. Bu sahə bizdə demək olar ki, cəmi beş il əvvəl yaranıb. Ondan əvvəl Azərbaycanda çox adam bilmirdi ki, informasiya-kommunikasiya texnologiyaları nədir. Beş il ərzində biz MDB məkanında birinci olduq».

Prezident Azərbaycanın daha da sürətlə inkişaf edəcəyini, müasirləşəcəyini, beləliklə, ölkəmizin uzunmüddətli inkişaf strategiyasının təmin olunacağını bildirib:

«Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti kəskin düşüb, Azərbaycan iqtisadiyyatı yenə də artır. Sadə Azərbaycan vətəndaşları o böhranın acı nəticələrini demək olar ki, hiss etməyib. Çünki inflyasiya sabit qaldı, biz qiymətlərin artımına imkan vermədik. Sadəcə qiymətlər 1,5 faiz artdı, maaşlar, pensiyalar vaxtında verildi və bu proses bu gün də davam edir. Bu il də maaşların, pensiyaların artımı nəzərdə tutulur. Bu da olacaq».
XS
SM
MD
LG