Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:17

Ərdoğanla Sarkisyanın görüşü saatyarım çəkib


Serj Sarkisyan və Rəcəb Tayyip Ərdoğan Vaşinqtonda, 12 aprel 2010
Serj Sarkisyan və Rəcəb Tayyip Ərdoğan Vaşinqtonda, 12 aprel 2010
Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanla Ermənistan prezidenti Serj Sarkisyanın Vaşinqtonda görüşü saatyarım çəkib.

Beynəlxalq nüvə təhlükəsizliyi sammiti üçün Vaşinqtonda olan baş nazirlə prezidentin görüşündə hər iki tərəfdən xarici işlər nazirləri də iştirak edib. Müzakirə edilmiş məsələlər haqqında hələlik rəsmi məlumat yoxdur. İlkin məlumatlara görə, görüşdə əsasən Ərdoğanın Sarkisyana bu günlərdə göndərdiyi məktub detallı müzakirə edilib.

Görüşdən əvvəl verilən məlumatlarda keçən il imzalanan Sürix protokollarının ratifikasiyasının müzakirə ediləcəyi bildirilirdi.

«CNN Türk» telekanalı xəbər verir ki, bu arada ABŞ-da fəaliyyət göstərən erməni lobbi təşkilatları Serj Sarkisyana müraciət yayıblar. Onlar 1915-ci il hadisələrini soyqırımı kimi tanıması üçün Ermənistan prezidentinin amerikalı həmkarına təzyiq etməsini istəyiblər.

Lobbi təşkilatları həmçinin Sarkisyandan tələb ediblər ki, «Türkiyənin günahı üzündən Ermənistan-Türkiyə normallaşmasının bundan sonra mümkünsüzlüyünü» elan etsin.

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan aprelin 13-də ABŞ prezidenti Barak Obama ilə də görüşəcək.

ABŞ rəsmiləri bildiriblər ki, «Vaşinqtonun önəmli NATO müttəfiqi kimi, Türkiyə ilə müzakirə etməli bir çox məsələləri var. Eyni zamanda, Ermənistan-Türkiyə normallaşması prosesinin də müzakirə ediləcəyi gözlənir».
XS
SM
MD
LG