Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:37

Ermənistan ABŞ-ı təəccübləndirməyib


ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filipp Krouli
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filipp Krouli
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filipp Krouli Vaşinqtonda keçirilən brifinqdə Yerevanın Ermənistan-Türkiyə münasibətlərinin ratifikasiyasını dayandırmaq qərarı ilə bağlı şərh verib.

Ermənistanın Türkiyə ilə dialoqu davam etdirməkdən imtina etməsində Rusianın rolu varmı?

Bu suala cavabında Krouli deyib ki, bu prosesə «xarici təsir» görmür:

«Deyə bilmərəm ki, Sarkisyanın bəyanatı bizi təəccübləndirib. Bizim Vaşinqtonda ermənilərlə və türklərlə intensiv görüşlərimiz, habelə Azərbaycanla əlaqələrimiz olub. Başa düşürük ki, hər iki tərəf ratifikasiya prosesində maneələrlə üzləşdi. Düşünürəm ki, tərəflərdən heç biri prosesi tərk etmir, amma hamıya prosesi irəlilətmək üçün vaxt lazımdır. Ermənilər bunu etməyə hazırlaşırdılar və biz buna təəccüblənmədik», deyə Krouli bildirib.

Prosesin pozulacağı ehtimalı var? Bu suala Krouli inkar cavabı verib. «Hər iki tərəf münasibətlərin normallaşması prosesinə sadiq qalır», o belə hesab edir. /TURAN/
XS
SM
MD
LG