Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:15

«Azərbaycan ya cinayət işini ləğv etməli ya da sanksiyalarla üzləşməlidir»


Azerbaijan -- Journalist Eynulla Fatullayev's trial in the Garadagh District Court, 02Jun2010
Azerbaijan -- Journalist Eynulla Fatullayev's trial in the Garadagh District Court, 02Jun2010
Jurnalistləri Müdafiə Komitəsi Qaradağ rayon məhkəməsinin Eynulla Fətullayevi narkotik maddə saxlamaqda ittiham edərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etməsini pisləyib.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnianova deyib:

«Biz Eynulla Fətullayevə verilmiş bu cəzadan şokdayıq. Azərbaycan ya bu absurd hökmü və eləcə də həmkarımıza qarşı əvvəlki qondarma cinayət işlərini ləğv etməli, ya da sanksiyalarla üzləşməlidir».

Jurnalistləri Müdafiə Komitəsi bu qənaətdədir ki, Fətullayevə qarşı narkotika ittihamı saxta ittihamdır.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilib.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətindən onun dərhal azadlığa buraxılmasını tələb edib.

2009-cu il dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və jurnalistin geyimində və ayaqqabısında 0,22 qram heroin aşkarlanıb. Bu ittihamla jurnalist 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu iddia edir.
XS
SM
MD
LG