Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:58

Amerikada məscid davası qızışır


Avqustun 22-də Nyu-Yorkda məscidin tikintisinə etiraz edənlər
Avqustun 22-də Nyu-Yorkda məscidin tikintisinə etiraz edənlər
Nyu Yorkda, vaxtilə Dünya Ticarət Mərkəzinin Əkiz qüllələri dayanan yerin yaxınlığında son vaxtlar tez-tez etiraz aksiyları keçirilir. Bu dəfə, bazar günü iki aksiya birdən keçirilirdi. Qarşı tərəfləri bir-birindən ancaq polis kordonları ayırırdı. Aksiyaçılardan bir qrupu “Məscidə yox” qışqırıdı, digəri isə “irqçiliyə yox”. AP-nin xəbərinə görə, polis əlbəyaxa qarşıdurmanın qarşısını güc-bəlayla alıb. Amma söz davasına, qarşı tərəflərin bir-birinin üstünə qışqırmasına, bir-birini təhqir etməsinə mane ola bilməyib. əllərində islamı təhqir edən plakatlar olanlar isə olay yeirnə gəlmədən zərərsizləşdirilib.


DÜNYA TİCARƏT MƏRKƏZİNİN XARABALIĞI YAXINLIĞINDA MƏSCİD?
Bütün bu səs-küy isə 11 sentyabra qədər “Əkiz qüllələr”in dayandığı, yerlə yeksan olduğu üçün “Ground zero” adı verilən yerin yaxınlığında İslam Mədəniyyət Mərkəzinin tikilməsi planları səbəb olub. Kordoba mərkəzinin 100 milyon dollarlıq layihəsinə görə, burda tikiləcək mərkəzdə məscid, mədrəsə, kitabxana, üzgüçülük hovuzu, sərgi kompleksi olacaq.

Mərkəzin tikintisininə artıq Nyu York şəhər meriyası icazə verib. Prezident Barak Obama isə tikintinin əleyhinə çıxanlara hələ 10 gün əvvəl cavab vermişdi.

Demişdi ki, Həm bir vətəndaş, həm də bir prezident kimi inanıram ki, bu ölkədəki hər bir kəs kimi müsəlmanların öz dinlərinə etiqad etmək hüquqları var. Bu hüquqa ibadət evi və ya icma mərkəzlərinin özəl torpaqlarda, aşağı Manhettendə tikintisi də daxildir. Yerli qanun və qaydalara uyğun olaraq. Bura Amerikadır və bizim dini etiqad azadlığıyla bağlı öhdəliyimiz sarsızlmaz qalmalıdır”.


MƏSCİDƏ ETİRAZ EDƏNLƏR NƏ DEYİR?
Amma bu ərazidə məscid tikilməsinə qarşı çıxmadığı üçün bəziləri Obamanı satqınlıqda da itiham edir. Həttə bazaar günkü aksiylar zamanı “birinin ki atasının adı Hüseyn olsun, ondan nə gözləyirsiz”- kimi fikirlər səsləndirənlər də var idi.

Etirazçıların arasında 11 sentyabr hadisələrinə həlak olanların yaxınları da var. Respublikaçıların vitse prezident namizədi Sara Peylinin başçılıq elədiyi bir qrup mühavizəkar siyasətçinin də dəstəklədiyi kampaniyaya qatılanlar əkiz qüllələrin yerində məscid tikilməsini terrorçuların qələbəsi və həlak olanların xatirəsinə hörmətsizlik kimi qiymətləndirirlər.

Belələri Nyu York meri Maykl Blumberqdən tikintiyə icazə verməməsini istəyirdilər. Amma meriyanın torpaq komitəsi də ərazidəki köhnə binanın yıxılıb, yerində mərkəz tikilməsinə etiraz etmədi.

Avqsutun 22-də Nyu-Yorkda məscidin tikintisini dəstəkləyən amerikalıların aksiyası

“MƏSCİD TİKMƏK HÜQUQUNUZ VAR, AMMA BAŞQA YERDƏ TİKİN”
Bu qərarın ardınca yəhudi hüquq müdafiəçilərinin qrupu olan Böhtan Əleyhdarları Liqası bəyanat verib və öncə məscid əleyhdarlarının fanatizmdən uzaq olmağa çağırıb. Liqa bildirib ki, orda məscid tikmək sözügedən cəmiyyətin hüququdur, amma bu düzgün olmazdı. Çünki Dünya Ticarət Mərkəzinin yerində İslam Mərkəzinin tikilməsi orda həlak olanların yaxınları üçün daha ağrılı olacaq.

Avqsutun 23-dəki Nyu-York Tayms qəzetində Karen Hughes da təxminən eyni mövzuda yazı yazıb. 11 sentyabr hadisələri zamanı Prezidenti Buşun komandasında olan yazar müsəlmanlarla özlərini müsəlman adlandıran terrorçular arasında fərq qoyulmasının vacibliyindən, məscid tikmək istəyənlərə qarşı kampaniyanın haqsızlığından danışır. Amma bu mübahisələrə son qoymaq üçün məscidi inşa etmək istəyənlərə başqa yer seçmələrini tövsiyyə edir.

"MƏSCIDƏ QARŞI ÇIXANLARIN PROBLEMİ YER DEYİL"
Bu cür çağırışlarla bağlı olaraq ilk öncə Amerika İslami Əlqaələr cəmiyyətinin sözçüsü İbrahim Huper deyir ki, “içində də məscidi olan İslam Mərkəzinin tikintisinə qarşı çıxanlar, əslində Tennesidə, Kaliforniyada, İlinoysda, Bruklin və ya Steytlıenddə məscidlərə qarşı olanlardır. Sən bir şçey etmək istəyən kimi onlar etiraz edirlər. və hər dəfə də öz dözümsüzlüklərinə təzə don geydiməyə çalışırlar”.


YƏHUDİ TƏŞKİLATLAR MƏSCİDƏ QARŞI KAMPANİYANI PİSLƏYİR
İslam mərkəzinin başqa yerə tikilməsiylə bağlı bəyanat verən Böhtan Əleyhdarları Liqasının mövqeyi isə yəhudi dindarlarını da çaşbaş salıb. Filadelfiyadan olan 76 yaşlı Rabbin Artur Vaskov kimilərinin rəhbərlik etdiyi yəhudi icmaları bəyanat verərək Liqanın yəhudlilərin mövqeyini ifadə etmədiyini və həmin bəyanatın dini dözümsüzlüyü təbliğ etməsinə qarşı olduqlarını bildiriblər.


"AMERIKA KONSTITUSIYASI İSLAMA DAHA ÇOX UYĞUNDUR, NƏİNKİ…"
İslam Mərkəzi layihəsinin müəllifi İmam Feysəl Abdul Rauf isə bu həftəsonu Bəhreynə səfərində deyib ki, bu mübahisələr nəticəsində əvvəl-axır hər kəsin onları daha axyşı başa düşəcəklərinə və əsl islamı təbliğ edəcək mərkəzi tikəcəklərinə ümid edir.

“Əsl islam nədir?” sualının cavabına gəlincə, İmam Rauf deyib ki, "Amerikalıların konstitusiyasında vətəndaşlara verilən hüquqlar islamın prinsiplərinə daha çox uyğundur, nəinki bəzi müsəlman dövlətlərində qoyulan qadağalar".
XS
SM
MD
LG