Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:00

«Şərait yaradın, mənimlə görüşsünlər»


Eynulla Fətullayevin apelyasiya şikayəti ilə bağlı proses yenə təxirə salındı
Eynulla Fətullayevin apelyasiya şikayəti ilə bağlı proses yenə təxirə salındı
Həbsdə olan jurnalist Eynulla Fətullayevin apelyasiya şikayəti üzrə sentyabrın 7-də keçirilən proses 30 dəqiqə gecikmə ilə başladı və cəmi 25 dəqiqə davam etdi. Məhkəmə iclasına hakim Mirpaşa Hüseynov sədrlik edirdi.

Proses başlayan kimi Mirpaşa Hüseynov üzünü zalda əyləşən media nümayəndələrinə tutdu və dedi ki, jurnalistlər məhkəmə iclaslarında çəkiliş aparmaqda sərbəstdirlər. İstədikləri qədər çəkiliş apara bilərlər.

MƏHKƏMƏDƏN EYNULLA FƏTULLAYEVƏ DAHA 10 GÜN


Eynulla Fətullayev məhkəmənin nəzərinə çatdırdı ki, Qaradağ rayon Məhkəməsinin onunla bağlı keçirilən 16 məhkəmə iclasının protokollarını hələ də tam oxuyub qeydlərini başa çatdıra bilməyib. Eynulla Fətullayev hakimdən növbəti dəfə məhkəmə baxışının təxirə salınmasını xahiş etdi.

Hakim Fətullayevin xahişini qəbul etdi: «Protokollarla ətraflı tanış olmağa kifayət qədər vaxt lazımdırsa, yenə də sizə vaxt verə bilərik, sərbəst, diqqətlə tanış ola, hazırlaşa bilərsiniz».

Hakim Eynulla Fətullayevə məhkəmə iclası protokolları ilə tanışlıq və qeydlər aparmaq üçün növbəti dəfə sentyabrın 17-dək vaxt verdi.

Sonra Eynulla Fətullayev 10-a yaxın beynəlxalq təşkilatın nümayəndələrinin onunla saxlandığı Bakı İstintaq Təcridxanasında görüşmək istədiklərini dedi. Fətullayev onunla maraqlanan təşkilatların adlarını da sadaladı. O, hakimdən xahiş etdi ki, təşkilat nümayəndələrinin onunla görüşməsinə şərait yaradılması üçün Bakı İstintaq Təcridxanasının rəisinə məktub göndərsin.
Eynulla Fətullayev apelyasiya mehkəməsində
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00


JURNALİSTLƏ GÖRÜŞMƏK İSTƏYƏNLƏR VAR


Hakim əvvəlcə təklif etdi ki, həmin təşkilatlar bunun üçün Ədliyyə Nazirliyinə müraciət etsinlər. Ancaq Eynulla Fətullayev bildirdi ki, hələ Qaradağ rayon Məhkəməsində məhkəməsi keçirilərkən də eyni situasiya yaranıb. Amma beynəlxalq təşkilatın nümayəndəsinə jurnalistlə görüşməyə imkanı məhkəmə iclasına sədrlik edən hakim yaradıb:

- Avropa İttifaqından bir oğlan gəlmişdi. İstintaq təcridxanasının rəisi Elxan müəllim o zaman dedi ki, siz hakimdən icazə almalısınız. Onlar da gedib Qaradağ rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilovdan icazə aldılar və mənim yanıma gəldilər.

Hakim:

- Əgər elə bir variant varsa, istintaq təcridxanası rəsmi olaraq bizə müraciət eləsin...

Eynulla Fətullayev:

- Mən bura gəlməmişdən əvvəl Elxan Sadıqovdan soruşdum, müavinlərindən də soruşdum, onlar dedilər ki, yaxşı olar ki, siz rəsmi məktubu hakimə təqdim edəsiniz, çünki siz bu dəqiqə
Apelyasiya Məhkəməsinin balansındasınız, görüşün verilib-verilməməsi də məhz Apelyasiya Məhkəməsinin hakimindən asılıdır. Ona görə də icazə verin mən bu məktubu sizə təqdim edim, qərarı özünüz verərsiniz.

Bu dəfə hakim dedi ki, indi bu məsələyə baxmaq tezdir, çünki, hələlik məhkəmə işin geri – Qaradağ rayon Məhkəməsinə qaytarılıb-qaytarılmaması məsələsini müzakirə edir.

ŞƏXSİYYƏT VƏSİQƏSİ ÜÇÜN RƏSMİ MÜRACİƏT

Eynulla Fətullayev daha sonra məhkəmənin nəzərinə çatdırdı ki, Milli Məclisə seçkilərdə namizədliyini irəli sürüb və şəxsiyyət vəsiqəsinin olmaması bu məsələdə ona problemlər yaradır. O, şəxsiyyət vəsiqəsinin alınması üçün Bakı İstintaq Təcridxanasının rəhbərliyinə rəsmi müraciət etdiyini dedi:

- Sizin tövsiyə etdiyiniz kimi, mənim şəxsiyyət vəsiqəmin alınması üçün Elxan Sadıqova müraciət etmişik. Müraciətin bir nüsxəsini də sizə təqdim edirik.

25 dəqiqəyə yaxın davam edən məhkəmə iclası hakimin qərarı elan etməsi ilə başa çatdı. Həmin qərarla məhkəmə baxışı sentyabrın 17-də saat 11-ə təyin olundu.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb. Bu ittihamla jurnalist bu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Eynulla Fətullayev məhkəmənin hökmündən apelyasiya şikayəti verib. O, bəraətlə yanaşı cəza çəkdiyi müəssisənin rəhbərliyinin cəzalandırılmasını da tələb edir.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib. Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.
XS
SM
MD
LG