Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:44

Hökumət Obamanın tövsiyələrini eşidəcəkmi?


Mehman Cavadoğlu
Sentyabrın 24-də ABŞ prezidenti ilə Azərbaycan prezidenti təhlükəsizlik, enerji sahəsində əməkdaşlıqla yanaşı, demokratiya və insan haqlarından danışıblar. Görüşdə o cümlədən həbsdəki bloqqerlərin məsələsinə də toxunulub. Barak Obama Azərbaycanın gənc dövlət kimi demokratik islahatlar həyata keçirəcəyinə, iki bloqqerin azad edilməsi də daxil olmaqla insan haqlarının müdafiəsinin gücləndiriləcəyinə ümid bəslədiyini bildirib.

Amerika prezidenti qeyd edib ki, güclü demokratik institutlar Azərbaycanda sabitliyin və iqtisadi inkişafın təmin olunmasına xidmət edir.

«AZƏRBAYCANIN BAZARLIQ İMKANI QALIR…»

Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu hesab edir ki, bu görüşün nəticəsi olaraq demokratik irəliləyiş gözləmək sadəlövhlükdür:

«Nə qədər ki, Amerika hökuməti tərəfindən bu məsələlər geosiyasi problemlərlə əlaqəli halda irəli sürülməyəcək, Azərbaycan hökumətinin bazarlıq etmək imkanı olacaq. Birinə əməl edəcək, digərinə etməyəcək. Təcrübə də göstərir ki, bu məsələlərdə onlar insan haqları, demokratiyadan çox Qərbin ehtiyaclarını ödəməyə üstünlük veriblər. Bu məsələyə Azərbaycanda çox həyati əhəmiyyətli məsələ, hakimiyyətlərinə təhlükə kimi baxırlar. Ona görə bu sahədə az güzəştə gedirlər. Ola bilsin ki, konkret bloqqerlərin işində müəyyən irəliləyiş olsun, amma bütövlükdə demokratiyanın inkişafında ciddi dəyişiklik olacağını gözləmək sadəlövhlük
Rasim Musabəyov
olardı».

«ABŞ-IN TÖVSİYƏLƏRİ VACİBDİR»


Politoloq Rasim Musabəyov da hesab edir ki, Azərbaycan hökuməti bloqqerləri azadlığa buraxmaq istəyirdisə, bunun üçün əlində imkanı olub:

«Mən düşünmürəm ki, bir danışıqla Azərbaycanda bu sahədə radikal dəyişiklik olacaq. Azərbaycanda demokratiya, insan haqları ilə bağlı daxili dəyişikliklər olmalıdır. Ancaq hər bir halda ABŞ kimi demokratiya sahəsində böyük təcrübəsi olan dövlətin tövsiyələri də vacibdir və nəzərə alınacaq. Bloqqerlərin məsələsinə gəlincə, onları buraxmaq istəsəydilər, buna əsas çox idi. Həbslərinin yarısını çəkmələri və onların əvvəllər məhkum olunmadığı əsas verirdi ki, bloqqerlər barədə daxili qanunlarımıza cavab verən şəkildə qərar qəbul edilsin».

«BU GÖRÜŞ YOL XƏRİTƏSİDİR…»

Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc da ABŞ və Azərbaycan prezidentlərinin görüşünü müsbət qiymətləndirir.
Zahid Oruc
O hesab edir ki, prezidentlərin görüşündə demokratiya və insan haqları sahəsində əməkdaşlığın müzakirəsi Azərbaycan əleyhinə bir fakt kimi dəyərləndirilməməlidir:

«Azərbaycan həmişə buna açıq olub, ancaq bu elə dəyərləndirilməməlidir ki, kiminsə dilində hansısa mövqe səslənirsə bu, avtomatik ölkənin üzərinə vəzifə, öhdəlik qoyur. Biz hər bir insanın hüququna normal yanaşmağın tərəfdarıyıq. Bir bloqqer də, iki bloqqer də Azərbaycan vətəndaşlarının biridir. Vətəndaş hüquqları nöqteyi-nəzərindən hərəkət etməli və ümumi münasibət bildirməliyik. Bu görüş ayrı-ayrı şəxslərin dediyi kimi Azərbaycanın əleyhinə deyil, Azərbaycan və Amerikanın gələcək dövr üçün münasibətlərinin bir «yol xəritəsidir».

Gənc bloqqer Adnan Hacızadənin atası, politoloq Hikmət Hacızadə isə Barak Obamaya təşəkkürünü bildirib, deyib ki, bu onda oğlunun və Emin Millinin azadlığa buraxılacağına inam yaradır:

«İstərdim ki, iki prezident arasında bloqqerlərdənsə daha çox dövlət məsələləri müzakirə olunsun. Ancaq neyləmək olar. Bu, Azərbaycandakı vəziyyətdən asılıdır...»
XS
SM
MD
LG