Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:43

Avropa Birliyi: “Hökmlərə təcili və ədalətli şəkildə təzədən baxılmalıdır”


Xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton
Xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton

“Mən Azərbaycanda insan hüquqlarına göstərilən münasibətdən narahatam” sözləri ilə başlayan bəyanatında Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton bildirir ki, bu narahatçılığı onlarda mayın 4-də və mayın 18-də iki gənc fəalın, Cabbar SavalanlınınBəxtiyar Hacıyevin barəsində verilən hökm doğurub.

Catherine Ashtonunu bəyanatında deyilir ki, bu iki hadisə huquqi proseduralarda siyasi motivlərə yol verildiyini göstərir. “Biz Azərbaycanda fundamental azadlıqlara dərin ehtirama çağırırıq” deyən Catherine Ashton eyni zamanda əlavə edib ki, Azərbaycanda qanunun ölkənin özünün də qəbul etdiyi beynəlxalq standartlara uyğun idarə edilməsinə zəmanət verməlidir.

“Biz Azərbaycanı bu hökmləri təcili və ədalətli şəkildə yenidən nəzərdən keçirməyə çağırırıq"? - bəyanatda deyilir.

Avropa Birliyinin mayın 12-də insan haqlarının vəziyyətinə görə Azərbaycanı tənqid edən qətnaməsində də Cabbar Savalan və Bəxtiyar Hacıyevin işi ilə bağlı narahatlıq qeyd edilirdi.

Bakıda rəsmilər ölkədə insan haqları sahəsində vəziyyətə dair tənqidləri əsassız sayır, bunu Azərbaycana təzyiq cəhdləri adlandırırlar.
XS
SM
MD
LG