Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:39

«Eurovision»a görə itləri öldürürlər


Foto: Arxiv
Foto: Arxiv
EurasiaNet saytı yazır ki, «Eurovision 2012» mahnı yarışması ilə əlaqədar Bakıda küçə itlərinin öldürülməsi sürətləndirilib.

Heyvanların Müdafiə Cəmiyyətinin nümayəndəsi Azər Qarayev iddia edir ki, Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin əməkdaşları küçə itləri və pişiklərini müayinə etmədən, xəstə və ya sağlam olmasını yoxlamadan güllələyirlər:

«Hökumət küçə itləri və pişiklərinə sığınacaq yaratmayıb. Onlar öldürülmüş heyvanları yandırırlar».

«AZƏRBAYCAN KONVENSİYANI POZUR»

Azər Qasımov hesab edir ki, belə zorakı rəftar Avropa Şurasının Heyvanların Müdafiəsi haqda Konvensiyasına ziddir. Azərbaycan 2003-cü ildə bu konvensiyaya qoşulub. Sənəd hakimiyyət orqanlarına tövsiyə edir ki, heyvanlara nəzarət əzab, ağrı və stress doğurmayan üsulla həyata keçirilsin.

Bakı şəhər Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin şöbə müdiri Sənan Niftəliyev təsdiqləyib ki, küçə pişik və itlərinə qarşı bu kampaniya mayda keçiriləcək yarışma ilə bağlıdır. Amma o, deyir ki, sahibsiz heyvanlar həkim nəzarətindən keçirilir və yalnız xəstə heyvanlar güllələnir. Sənan Niftəliyev sahibsiz heyvanlara dair statistikanı açıqlamaqdan imtina
Foto: Arxiv
Foto: Arxiv
edib.

HEYVANLARA GÖRƏ SƏSLƏRİNİ QALDIRDILAR

«YouTube» saytında Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin heyvanlarla rəftarını əks etdirən videoçarx yayılıb.

Rəsmi dairələrə bu siyasəti dayandırmaq üçün edilən müraciətə 7000-dən çox heyvansevər imza atıb. «Xahiş edirik, bizi eşidin. Biz heyvanlara görə səsimizi qaldırırıq, çünki onlar özləri danışa bilmirlər» - müraciətdə deyilir.

Sənan Niftəliyev deyir ki, onlar bu müraciətdən xəbərdardırlar: «Ancaq müraciəti imzalayanlar anlamalıdırlar ki, biz şəhərin qonaqlarının da təhlükəsizliyinin qayğısına qalmalıyıq».

200-DƏN ÇOX AİLƏ KÖÇÜRÜLÜB

Evlərin sökülməsi
Evlərin sökülməsi
EurasiaNet saytı yazır ki, «Eurovision 2012» mahnı yarışması ərəfəsində şəhər sakinlərini məyus edən təkcə heyvanların öldürülməsi deyil. İnfrastrukturun yenidən qurulması üçün 200-dən çox ailə öz evindən köçürülüb. Hərçənd, rəsmilər infrastruktur yeniləşməsini «Eurovision 2012» ilə bağlamırlar.

Bəzi ekspertlər isə maliyyə vəsaitlərinin şəffaf xərclənmədiyini deyirlər.

Sayt xatırladır ki, «Transparency International» təşkilatının Korrupsiyanı Qavrayış İndeksində Azərbaycan 2011-ci ildə 183 ölkə arasında 143 yeri tutub.
XS
SM
MD
LG