Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:05

İsrail müharibəyə başlayacaqmı?


Leon Panetta
Leon Panetta
ABŞ-da dərc olunan «Washington Post» yazır ki, İsrail apreldən iyuna kimi İranın obyektlərinə hərbi zərbə endirmək qərarına gəlib. Məqsəd İranın nüvə silahı yaratmasına mane olmaqdır. Qəzet Pentagona istinad edir. ABŞ-ın müdafiə naziri Leon Panetta isə şərh verməkdən imtina edib.

«WashingtonPost»un yazdığına görə, Pentagon başçısı Leon Panetta əmindir: «İsrail silahlı qüvvələrinin İrana qarşı döyüşə başlama ehtimalı indi həmişəkindən daha çoxdur».

Müəllif daha sonra yazır ki, Tehranın yetərincə zənginləşdirilmiş uran ehtiyatı toplamasına və nüvə silahı yaradılmasının bir addımlığında olmasına İsrail əmindir. Və bu silah yaranarsa, Tehrana qarşı durmaq qat-qat çətin olacaq.

«Washington Post»ın yazdığına görə, indi ABŞ prezidenti Barak Obama və Leon Panetta İsraili inandırmağa çalışırlar ki, Mahmud Ahmedinejat rejimini nüvə proqramı fikrindən daşındırmaq üçün iqtisadi sanksiyalar da yetərlidir.

Düzdür, Leon Panetta şərh verməkdən imtina etsə də deyib ki, ABŞ həqiqətən də İsraili İrana qarşı hərbi əməliyyatın nəticələri ilə bağlı xəbərdar edib.

Ötən həftə İsrailin müdafiə naziri Ehud Barak bəyan edib ki, artıq beynəlxalq ictimaiyyət İrana hərbi zərbə endirməyin zərurətini ciddi şəkildə götür-qoy eləməyə meyllənir. Nazirin dediyinə görə, Qərb dövlətlərinin liderləri İrana qarşı sanksiyalar səmərə vermədiyi halda hərbi zərbə endirmək haqda danışmağın tərəfdarıdırlar.

Bir qədər əvvəlsə İsrail kəşfiyyatının rəhbəri Aviv Koshavi bəyan etmişdi ki, İranın 4 nüvə bombası yaratmaq üçün radioaktiv materialı var.

Beynəlxaql Atom Enerjisi Agentliyi (MAQATE) də bu ilin yanvarında təsdiqlədi ki, İran 4900 kiloqram az zənginləşdirilmiş uran ehtiyatına sahibdir. Ekspertlərə görə, bu ehtiyatın zənginləşdirilməsi həqiqətən də Tehrana 3-4 nüvə bombası hazırlamağa imkan verəcək.
ABŞ, Böyük Britaniya və Fransa İranın bu addımını pisləyir və təxribat sayırlar. Onlar hesab edir ki, Tehran bu yolla beynəlxalq hüququ pozur.
ABŞ, Böyük Britaniya və Kanada ötən ilin noyabrından İran əleyhinə sərt sanksiyalar tətbiq ediblər. Avropa Birliyi isə İran neftinə embarqo qoyub.

İranın ali lideri Ali Khamenei isə ötən həftə deyib ki, Tehran nə Qərbin, nə də İsrailin qarşısından geri çəkilməyəcək.
XS
SM
MD
LG