Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:53

Seyran Ohanyan: «Ermənistan ordusu bütün problemləri həll etməyə hazırdır»


Ermənistanın müdafiə naziri Seyran Ohanyan
Ermənistanın müdafiə naziri Seyran Ohanyan
-

«Vəziyyəti təhlil edərək belə qənaətə gəlmişik ki, hərbi əməliyyatların yenidən başlanması ehtimal aşağıdır. Buna baxmayaraq, silahlı qüvvələr və ordu rəhbərliyi həmişə hazırlıqlı vəziyyətdədir».
Bunu Ermənistanın müdafiə naziri Ohanyan Yerevanda jurnalistlərin suallarına cavabında deyib.
Seyran Ohanyan deyib ki, Ermənistan ordusu bütün problemləri həll etməyə hazırdır:

«Cəbhə xəttində Azərbaycan diversiya-kəşfiyyat hərəkətləri ilə məşğuldur və bu planlı şəkildə həyata keçirilir. Bunların Azərbaycanın siyasi hakimiyyətinin xəbəri olmadan həyata keçirilməsi mümkün deyil».
AzadliqRadiosunun erməni xidmətinin məlumatına görə Seyran Ohanyan deyib ki, Ermənistan tərəfi oxşar hərəkətlərin həyata keçirilməsinə qarşıdır: «Biz bir dəfə müharibədə olduq və bunun öhdəsindən gəldik. Silahlı Qüvvələrimiz bu imtahandan üzüağ çıxıb. Bu gün də diversiya əməliyyatlarına, snayperlərə layiqli cavab veririk».
Ermənistanın müdafiə naziri deyib ki, iyun ayında Ermənistan-Azərbaycan sərhədində gərginlik artıb. Qanlı toqquşmalar nəticəsində Azərbaycan 7, Ermənistan isə 4 hərbçisini itirib. «Bu insidentlər təhlil olunub və Ermənistan dövlət sisteminin hərbi dövrdə necə hərəkət edəcəyi araşdırılıb».
XS
SM
MD
LG