Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:25

Breivik 21 il həbs cəzası aldı [Video]


Breivik 21 il həbs cəzası aldı
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00
Direct-ə keçid

-
Norveç məhkəməsi ötən il 77 nəfərin ölümünə səbəb olan Anders Behring Breivikin anlaqlı olduğunu açıqlayıb və barəsində 21 il azadlıqdan məhrumetmə qərarı çıxarıb.

Breivik cəmiyyət üçün hələ də təhlükəli hesab edilərsə 21 illik cəza bir qədər də uzadıla bilər.

Məhkəmə prokurorun Breivikin «ruhi xəstə» olması ilə bağlı vəsatətini təmin etməyib. Vəsatət qəbul ediləcəyi halda Breivik həbsxanaya deyil, psixiatriya müəssisinə köçürüləcəkdi.

Breivik özü də «ruhi xəstə» məsələsinə qarşı çıxıb, o, Norveçin islamlaşmasına qarşı mübarizə apardığını bildirib.

«Mən elədiyim hərəkətin arxasındayam və bunu yenidən də edərdim», Breivik deyib.

2011-ci ilin iyulunda paytaxt Oslo və Utoya adasında törədilmiş terror aktları 77 nəfərin ölümü, 240-dan çox adamınsa yaralanması ilə nəticələnib.

Bu hadisə Norveçdə İkinci Dünya Müharibəsi başa çatandan bəri törədilmiş ən böyük zorakılıq aktıdır.

XS
SM
MD
LG