Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:07

UNICEF Azərbaycanda uşaq ölümünün 53 faiz azaldığını bildirir


Arxiv foto.
Arxiv foto.
-

AZƏRBAYCANDA UŞAQ ÖLÜMÜNÜN ƏSAS SƏBƏBLƏRİ: SƏTƏLCƏM, İSHAL VƏ S.

BMT-nin uşaq təşkilatı olan UNİCEF Azərbaycanda 1990-cı ildə doğulan hər 1000 uşaqdan 95-nin, 2011-ci ildə isə 45-nin 5 yaşa qədər öldüyünü bildirir.

Sentyabrın 13-də yayılan hesabatda qeyd edilir ki, son 20 ildə Azərbaycanda 5 yaşa qədər uşaqlar arasında ölüm 53 faiz azalıb.

Azərbaycanda 5 yaşa qədər uşaqlar arasında ölümün əsas səbəbləri sırasında isə doğuş prosesində meydana gələn problemlər, sətəlcəm, ishal, yaralanmalar sadalanır.

UNİCEF-in uşaq ölümünün səviyyəsini araşdırdığı 200 ölkə arasında Azərbaycan 61-ci sırada qərarlaşır.

HƏLƏ DƏ DÜNYADA HƏR GÜN 19 000 UŞAQ ÖLÜR

UNİCEF qeyd edir ki, son 20 ildə bütün dünyada 5 yaşınadək uşaqlar arasında ölüm hallarının sayı 40 faiz azalıb. Sənədə görə 5 yaşa qədər uşaqlar arasında ölüm hallarının 1990-cı ildə bu rəqəm 12 milyon idisə, 2011-ci ildə 6,9 milyon olub. Lakin hələ də hər gün təxminən 19 min uşaq qarşısı alına biləcək xəstəliklərdən ölür.

Araşdırma aparılan 200 ölkə arasında yalnız Somali yeganə dövlətdir ki, son 20 il ərzində uşaq ölümü sahəsində heç bir irəliləyiş olmayıb.

2011-ci il üçün ən yaxşı nəticə Sinqapurda olub. Bu ölkədə 5 yaşadək 1000 uşaqdan 2,6 faizi ölüb. Ən pis nəticə Sierra Leonadadır - hər 1000 uşaqdan 185-i ölüb. ABŞ-da isə hər 1000 uşaqdan 8-i ölüb.

Dünya üzrə orta göstərici isə hər 1000 uşağa 51 ölümdür. Bütün dünya üzrə 5 yaşadək ölən uşaqların yarısı 5 ölkənin - Hindistan, Nigeriya, Konqo Demokratik Respublikası, Pakistan və Çinin payına düşür.

Uşaqlar arasında ölümün üçdə ikisinə səbəb infeksion xəstəliklərdir. Bunlar arasında da əsas xəstəliklər sətəlcəm, ishal, malyariya və qızılcadır. Ölüm hallarının 40 faizi uşaqların 1 aylığında baş verir.
XS
SM
MD
LG