Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:06

Rəşad Məcid: “Yazıçılar Birliyinin qurultayı 2014-cü ildə olacaq”


Şahnaz Bəylərqızı və Rəşad Məcid
Şahnaz Bəylərqızı və Rəşad Məcid
-

"Ayselin buraxdığı jurnalda enerji yoxuydu, zəhmət yoxuydu, iddia yoxuydu, nəyisə dəyişmək istəyi yoxuydu".


Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid "Pen klub"da


- Rəşad bəy, söhbət vardı ki, Yazıçılar Birliyinin qurultayı bu payız nəhayət ki keçiriləcək. Tarixi müəyyənləşibmi?

- Qurultay 2009-cu ildə olmalı idi. Amma obyektiv-subyektiv səbəblərdən 3 il gecikdi. Əgər qurultayın vaxtından 3 il keçibsə, saymaq olar ki, 2009-cu ildə biz qurultayı keçirdik və həmin katibliyi, həmin tərkibi seçdilər. Deməli, növbəti qurultay da 2014-cü ildə olmalıdır.

- O zaman qurultay 2014-cü ilə qalır?

- Güman edirəm ki, elə olar.

- Arada bir qurultayın keçirilməməsini necə izah edəcəksiz?

- Mən elə bilirəm ki, 3 il ləngiyəndən sonra növbəti qurultayı 2014-cü ildə keçirmək daha doğru olardı. 2014-cü ilin payızına inşallah qurultayı gözləyərik.

- Bu AYB-nin qərarıdır, yoxsa sizin şəxsi fikrinizdir?

- Belə bir qərar hələlik yoxdur. Bu mənim şəxsi fikrimdir. Hesab edirəm ki, qurultay dediyim vaxtdan gec olmayacaq.
(Gerisi aşağıda)



“ANAR MÜƏLLİM DESƏ, SƏDR OLARAM”

- Bəs sədr kim olacaq?

- Allah Anar müəllimin canını sağ eləsin. Mən onun iti ağlına çox heyranam. Yaddaşı da, ağlı da, hamısı yerindədir. Anar müəllim 2014-cü ildə qalmaq istəyərsə, qalar. Yox ortaya yeni ad qoyarsa... Burda əsas Anar müəllimin mövqeyi olacaq. Onun dediyi ad növbəti sədr olacaq.

- O sizin də adınız ola bilərmi?

- Əlbəttə.

- Sədrliyə iddialısz?

Aysel Əlizadənin redaktorluğu ilə çıxmış "Ulduz"
Aysel Əlizadənin redaktorluğu ilə çıxmış "Ulduz"
- İstəmirəm AYB sədri olmaq... o qədər də istəmirəm. Əgər şərait yetişsə, desələr ki, mən lazımam, onda olaram. Ən birinci də Anar müəllimin sözü mənim üçün vacibdir. O desə, olaram.

- Niyə Anar sizin üçün avtoritetdir?

- Uşaqlıqdan onun əsərləri ilə, tamaşaları, filmləri ilə böyümüşəm. Son 8 ildə onunla işləyirəm. Hesab edirəm ki, ömrümün ən sanballı illərini keçirirəm. Anar müəllimin prinsipiallığını da görmüşəm, özünə ziyan olsa belə kimisə dəstəkləmədiyini də.

- AYB-yə sizcə, yeni nəfəs, yeni lider lazım deyilmi?

- Olacaq. Lider, avtoritet bir günə yetişmir ki... Anar müəllim, Fikrət müəllim də elə bilirəm istəyəcəklər ki, AYB təzələnsin, təzə ruh gəlsin. Amma o köhnə ruh orda həmişə qalacaq. Mənim ordakı otağımda “Azərcell”in dalğaları tutmur. Hərdən zarafatla deyirəm ki, bizim köhnə yazıçıların ruhu ordadır, ona görə tutmur. Ona görə də ora kənar, yad dalğaları buraxmaq lazım deyil.

- Həm yeni enerjidən, ruhdan danışırsız, həm də “yeni, yad dalğaları” AYB-yə buraxmamaqdan...

- Hər yenilik gözəl deyil ki...

“AYSELİN BURAXDIĞI JURNALDA İSTƏDİYİMİ GÖRMƏDİM"

- Yenilik demişkən, "Ulduz" jurnalını birdəfəlik gənclərə vermək planı varmı? Müvəqqəti olaraq gənclərin redaktorluğu ilə çıxan nömrələri bəyənirsinizmi?

- Bu, mənim təklifim idi. Elçin Hüseynbəyli sağ olsun, dəstək verdi, “Ulduz” jurnalını konkret sayları çıxarmaq üçün gənclərə verdik. Qismət çıxardı, sonra Cavid Zeynallı, Aysel Əlizadə çıxardılar. Ayselin redaktorluğu ilə çıxan sayda məhz istədiyimi
Rəşad Məcid
Rəşad Məcid
örmədim. Jurnalda enerji yoxuydu, zəhmət yoxuydu, iddia yoxuydu, nəyisə dəyişmək istəyi yoxuydu. Mən təbiət etibarı ilə gənclərin üsyankar olmağının, nəyisə dəyişməyə cəhd etmələrinin tərəfdarıyam. Düzdür, bu, yekəxanalığa, ulduz xəstəliyinə çevrilirsə, onda bir az zalım oluram. Çünki bu gənclər əziyyət çəkmək istəmədilər. Bu jurnalın Qulu Ağsəsin, Elçinin, İlqarın ayda buraxdığı jurnaldan heç olmasa 5 qat fərqi olmayacaqdısa, dinamika, hərəkət, iddia olmayacaqdısa, o dərəcədə hay-küylə göyə qaldırmağa dəyməzdi... “Ulduz” jurnalı da, elə Yazıçılar Birliyinin digər strukturları da mütləq gəncləşməlidir.

“ELXAN QARAQANDAN ÇOX NARAZIYAM”

- Ədəbiyyat yolu da keşməkeşlidir. Bilmək olmur ki, 20 yaşında istedadlı, maraqlı, üsyankar roman yazan cavan oğlan 30-40 yaşında nə edəcək? Bunu proqnozlaşdırmaq olmur. Elxan Qaraqan Milli Kitab Mükafatında birinci yer tutdu, məni də söydülər, qınadılar.

- Niyə tək sizi qınadılar? Axı siz tək münsif deyildiz?

- Bilmirəm, niyə?

- Bəlkə siz təsir edirdiz onlara?

- Bəlkə də insanlar mənimlə hesablaşırlar, inanırlar ona görə. Özümü tərifləmək istəmirəm, hardasa təsir gücüm var yəqin.

- İkinci dəfə bunu niyə bacarmadız? Bəyənmədiyiniz Pərviz Cəbrayıl birinci oldu.

- Onda mən maraqlanmırdım. Pərvizin əsərini bəyənmirdim axı. Elxan Qaraqan - 20 yaşında uşaq cəmiyyətdəki problemlərə etirazla dolu bir roman yazdı. O romanda işıq gördüm, fikirləşdim ki, davam etdirsə, gələcəkdə uğur qazana bilər. Amma indi Elxandan çox narazıyam mən. Gücünün az hissəsini yazıçılığa qoyur, replə məşğul olur. “Sonuncu mələk” romanından razı qalmadım.


(Bunlar proqramda deyilənlərin bir hissəsidir. Tam şəkildə verilişin videoyazısı yuxarıda. Bundan sonra yüksək keyfiyyətli videoyazıda).
XS
SM
MD
LG