Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:50

İsmayıllıda saxlananlara işgəncə verildiyi deyilir


İsmayıllı
İsmayıllı
-
Yanvarın 27-də İsmayıllıda qarşıdurma yaşanmasa da, vəziyyət gərgin olaraq qalır. “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllı belə deyir:
“Aldığımız məlumatlara görə, xeyli saxlanan var. İşgəncə altında onların boynuna qoyurlar ki, guya hadisə baş verən gecə “Çıraq” motelindən bahalı əşyalar, kompüter aparıblar”.
Elçin İsmayıllı saxlananlardan yalnız bir neçəsinin adını dəqiqləşdirə bilib. Bunlardan biri AXCP üzvü Tural Umudludur, o, 400 manat cərimə edilərək sərbəst buraxılıb. Tural Umudlu AXCP-nin İsmayıllı rayon təşkilatının sədri Sadiq Umudovun oğludur. Sadiq Umudovun qohumu Səbuhi Umudov və Pərviz Bağırov da saxlananlar arasındadır:

"Səbuhi və Pərvizin polis idarəsində döyüldüyü, onlara işgəncə verildiyi deyilir”.
8 nəfər İsmayıllı sakinin isə Bakıya Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı bildirilir:

“Onlardan yalnız birinin adını dəqiqləşdirə bilmişik. Vasif İbrahimov, sahibkardır. Vəkiliylə görüşə imkan verilməyib”.
İsmayıllı rayon Polis İdarəsindən bildirildi ki, saxlananların sayı, eləcə də başqa deyilənlərə münasibət bildirməyəcəklər. Bu haqda danışmağa yalnız Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin səlahiyyətli olduğu bildirildi. İstirahət günü olduğundan nazirlikdən bununla bağlı açıqlama ala bilmədik.
XS
SM
MD
LG