Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:49

Elçin Behbudov: “İsmayıllı hadisələrinə görə 12 nəfər saxlanıb”


İsmayıllıda aksiya zamanı sakinlərdən biri həbs edilərkən. 24 yanvar 2013
İsmayıllıda aksiya zamanı sakinlərdən biri həbs edilərkən. 24 yanvar 2013
-

Yanvarın 30-da AzadlıqRadiosunun “İşdən sonra” proqramında İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib ki, İsmayıllı hadisələrinə görə saxlanan 12 nəfər Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsindədir. İşin istintaqını isə Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair Istintaq Idarəsi aparır:

"Bu gün Daxili işlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanasında monitorinq keçirmişəm. Orada 12 nəfər şəxs saxlanır. Onlardan ikisi Bakı sakinləridir.

Şəmdinov Emil Məhərrəm oğlu Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə təqsirləndiriilir. O, İsmayıllı rayonunda mehmanxananın müdiri vəzifəsində çalışıb. O biri isə Məmmədov Elməddin Lazım oğludur. Özünün bildirdiyinə görə o İsmayıllıda qonaq olub. Həmin mehmanxanada qalıb. Bu 2 nəfərə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. Şəmdinov Emil özünü bu maddə üzrə təqsirli hesab etdiyini bildirib”.

Bu ittiham sübut olunsa, onlar 160 saatdan 200 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri, ya da bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Elçin Behbudov digər saxlanan şəxslərin hamısının İsmayıllı rayon sakini olduğunu deyib:

“Digər 10 nəfər İsmayıllı sakini Cinayət Məcəlləsinin 186-cı (Özgənin əmlakını qəsdən məhvetmə və zədələmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə həbs olunublar. Onların hamısı ilə mən təklikdə görüşürdüm. Onlar isə bu maddələrlə özlərini təqsirli hesab etmədiklərini bildirdilər”.

Bu ittihamla İsmayıllı sakinləri 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri bildirib ki, saxlanan şəxslərin heç biri onlara olan münasibətdən narazı olmadıqlarını söyləyiblər:

“Bu 12 nəfərin heç biri onlara qarşı olan münasibətdən, saxlanma şəraitlərindən şikayətlərinin olmadığını bildirdilər. Onlardan biri dedi ki, həbs olunan zaman tanımadığı bir nəfər onun başına qapaz vurub”.

Elçin Behbudov onu da deyib ki, saxlanan şəxslərin hamısı dövlət tərəfindən vəkillə təmin olunublar.

Amma yanvarın 23-ü və 24-də etiraz aksiyaları və həbslər parılarkən jurnalistlər və şahidlər saxlanan adamlara işgəncə verildiyini iddia edirdilər. Hətta, onların hələ İsmayıllı rayonunda polis idarəsində saxlandıqları zamanı binanı çölünə də içəridən bağırtı səsləri gəldiyini deyənlər vardı.

Respublika Bas Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərinin
İsmayıllı olayları ilə bağlı son məlumatında isə yanğın və dağıntılarda bilavasitə ittiham edilən 8 nəfərin haqqında cinayət işi açıldığı bildirilir.
XS
SM
MD
LG