Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:43

İlqar Məmmədovun prezidentliyə namizədliyi irəli sürüldü


İlqar Məmmədov
İlqar Məmmədov
-

Fevralın 5-də REAL hərəkatı İlqar Məmmədovun oktyabrın 16-da keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.

Bu haqda AzadlıqRadiosuna hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib.

Fevralın 4-də REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.

Bundan əvvəl Müsavat Partiyası İsa Qəmbərin namizədliyini irəli sürüb. Müasir Müsavat partiyasında isə namizəd Hafiz Hacıyevdir. Yeni Azərbaycan Partiyası hələlik namizədini açıqlamasa da, partiya rəsmiləri Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevə heç bir rəqib olmadığını deyirlər.
XS
SM
MD
LG