Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:43

MKM-in zəhmətkeş KÜLÜFÜRƏNLƏRİ


Vüsal Nuru
Vüsal Nuru
-

Vüsal Nuru


MKM-in zəhmətkeş KÜLÜFÜRƏNLƏRİ


Bu il də Milli Kitab Müsabiqəsi (MKM) missiyasını biabırçılıqla yekunlaşdırdı. Mən çox təəssüf edirəm ki, Nigar Köçərlinin bu möhtəşəm layihəsi, ədəbiyyatın inkişafına təkan verə biləcəyi halda ekspertlərin "dost-tanış"ı ucbatından biabırçılıqla nəticələndi.

Ekspertlər öncədən tanış olduqları və bəzilərinin haqqında yağlı-yağlı rəy yazdıqları bozbaşları, üzr istəyirəm, əsərləri nömrələyib ortaya qoyublar və bununla da özlərinin ANS telekanalı kimi obyektiv, vicdanlı, qərəzsiz hesab edərək kargüzarlıq işlərinə xitam veriblər.

Nəzərinizə çatdırım:

1. Elnarə Tofiqqızı

a) "İnqilab"ın oxunmayan qu nəğməsi. (Sayman Aruzun "Yüz il inqlab" romanı haqda yazı)
b)
"Qan Turalının qələmi böyük nəsrə hazır deyil" ("Mustafa" haqda yazı)

2 Tehran Əlişanoğlu


a) Aliq Məmmədovun hekayələr kitabı haqqında ön söz.
b) Əlabbas Bağırov. "İkinci oğul"

Tehran Əlişanoğlundan sitat:

“Yaradıcılığının yetkin çağlarını yaşayan Əlabbasın “Qaraqovaq çölləri” kitabında eyni adlı roman, “Gözəl” və “Qul” hekayələri, “İkinci oğul” povesti toplanmışdır. Kitab göstərdi ki, bu gün Əlabbas bizdə psixoloji nəsrin ustası, ən parlaq nümayəndəsidir".

Bu siyahını hələ çox uzada bilərdim və palitramdan maraqlı rənglər qatardım. Sadəcə, bunu "mənasız yerə enerji itimək" hesab edirəm. Hə. Və gəlirəm əsas mətləbə: göründüyü kimi ayrı-ayrılıqda hamısına hörmət etdiyimiz bu ekspertlər səlahiyyətlərindən istifadə edib öz ətraflarını önə çəkiblər. Yeni əsər oxumağa həvəsləri və vaxtları olmadıqlarından oxuduqları əsərləri kül edib gözümüzə üfürüblər.

Yaxşı ki, hakimiyyətdə kresloları yoxdu. (Buna özüm deyib-özüm gülürəm.)
Mən əminəm ki, müsabiqəyə təqdim etdiyim "999" romanının bir vərəqini də gözdən keçirtməyiblər. Onun janrından, formasından, ideyasından, üslubundan, təhkiyəsindən xəbərləri yoxdur.

Təkcə mənim yox, mənim kimi onlarla yazıçının romanını oxumayıblar. Nəticədə "dostlar" ortaya çıxıb. Nə yeni bir roman, nə yeni bir yazıçı adına siyahıda rast
gəlmədik.

Mən tələb edirəm ki, oxumadıqlarını səmimiyyətlə etiraf eləsinlər! Ya da səbəb göstərsinlər. Yoxsa mən onlar haqqında daha betər səbəbləri mətbuata göstərmək məcburiyyətində qalacam!

(Otağın da gözü, qulağı var axı)

Mənim fikrimi bilmək kiməsə lazım olsa deyərdim ki, bu ekspertləri də, yalnız adlardan ibarət olan münsifləri də bu müsabiqədən tərxis etmək lazımdır.

Səbəb?

Rüstəm İbrahimbəyov hardadı? Bəs Əkrəm Əylislinin başı açılıb? Qənirə Paşayeva bekardı? Ayaz Salayev kinodan əl çəkib? Rafiq Əliyev asudə vaxtı necə qazanır?

Sabir Rüstəmxanlı partiyanın işini qoyub kitab oxuyur? Qaraqan?

(Bəsdirin, yenə gülməyim gəlir)

Ümid edirəm ki, Nigar xanım etimad göstərdiyimiz MKM-də gələn il ciddi islahatlar keçirəcək. Nəticədə münsiflər, ekspertlər sadəcə gurultulu adlar siyahısı olmayacaq və yeni gələnlər kitab oxumaqla, kitab nömrələməyin fərqini biləcəklər.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Fərqli mövqeli yazıları da çap etməyə hazırıq. Bura yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az
XS
SM
MD
LG