Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:14
10 mart "Əsgər ölümlərinə SON!" aksiyası...(əvvəldən sonadək)
Gözlə

No media source currently available

0:00 0:07:39 0:00

10 mart "Əsgər ölümlərinə SON!" aksiyası...(əvvəldən sonadək)

100-ə yaxın aksiya iştirakçısı sərbəst buraxılıb - 10 mart- [Yeni VİDEO]

Azərbaycan Milli Ordusunda əsgərlərin qeyri döyüş şəraitində həlak olması halları davam edir. Vətəndaş cəmiyyəti fəalları hökumətdən bunun qarşısının alınmasını tələb edirlər. Bu tələblə martın 10-da Bakıda etiraz aksiyası keçirilir. Rəsmilər aksiyanın keçirilməsinə icazə verməyiblər.

12:57 10.3.2013
Bakıda aksiya öncəsi polis maşınları
Bakıda aksiya öncəsi polis maşınları

Bakıda aksiya su vuran maşın
Bakıda aksiya su vuran maşın
13:20 10.3.2013
10 MART AKSİYASI ÖNCƏSİ HƏBSLƏR
Bakıda «Əsgər ölümünə son» şüarı ilə növbəti aksiyanın keçiriləcəyi gözlənilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Aksiyanı ölkədəki gənc fəalların keçirəcəyi bildirilir.
Bakıda keçirilməsi gözlənilən bu aksiyaya Gəncə və ölkənin başqa bəzi regionlarında da həmrəylik bildiriləcəyi söylənilir.
Aksiyaqabağı bir neçə gənc fəal saxlanılıb. Onların bəziləri izahat alınıb buraxılsa da, Azad Gənclik Təşklitaının üzvü İlkin Rüstəmzadənin harda olduğu bəlli deyil.
Milli Təhlükəsizlik Nazirliyi ilə Baş prokurorluğun birgə yaydığı məlumatda saxlanılan gənclərin NİDA Vətəndaş Hərəkatının üzvləri olduğu deyilir. Həmin gənclər iğtişaş törətməyə cəhddə günahlandırılırlar.

Gənclərsə bütün deyilənləri böhtan adlandırırlar.

Martın 7-də saxlanılan üç NİDA Vətəndaş Hərəkatı üzvlərindən biri- Şahin Novruzlu barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə AzadlıqRadiosauna Hərəkatın mətbuat xidmətindən məlumat verilib. Hərəkatın digər iki üzvü haqqında hər hansı məlumat verilimir.
Bundan əvvəl eyni tələblə yanvarın 12-də Bakının Fəvvarələr meydanında etiraz aksiyası keçirilib.
Həmin vaxt aksiya iştirakçıları Daşkəsəndə «N» saylı hərbi hissədə xidmət edən əsgər Ceyhun Qubatovun ölümünə etiraz ediblər.
Prezidentdən əsgər ölümündə günahkar olanların cəzalandırlmasını istəyiblər.
Sonrakı günlər də əsgər ölümləri baş verdiyindən gənc fəallar yenidən «Əsgər ölümünə son» şüarı ilə aksiya keçirəcəklərini bəyan ediblər.
13:42 10.3.2013
12 YANVAR - «ƏSGƏR ÖLÜMLƏRİNƏ SON» AKSİYASINDAN GÖRÜNTÜ

14:32 10.3.2013
FƏVVARƏLƏR MEYDANINDA POLİSLƏR VAR...

AzadlıqRadiosu aksiyanı CANLI yayımlayır. Yayım dayandıqda avtomatik əvvəlki hissənin təkrarı gedir. CANLI yayım bərpa olunduqda ekranda qırmızı düymə peyda olur, onu basıb canlı yayıma qayıt.

Your browser does not support iframes.

Davamı

XS
SM
MD
LG