Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:00

«Sərhədsiz Reportyorlar» «mətbuat yırtıcı»larını açıqladı


Sərhədsiz Reportyorlar
Sərhədsiz Reportyorlar
-

Sərhədsiz Reportyorlar Ümumdünya Mətbuat Azadlığı Günündə mətbuata düşmən münasibət bəsləyən şəxslərin siyahısını yeniləyib. «İnformasiya azadlığının yırtıcıları» adlandırılan siyahıda 39 nəfərin adı yer alıb: prezidentlər, siyasətçilər, dini liderlər, hərbçilər.

Sərhədsiz Reportyorlar təşkilatının icraçı direktoru Christophe Deloire bildirib ki, bu şəxslər mətbuata və jurnalistlərə qarşı sərt münasibətə, təzyiqlərə görə məsuliyyət daşıyırlar. Təşkilat jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırır.

Azərbaycan prezidenti İlham Əliyev artıq 8-ci ildir ki, bu siyahıya düşür. Bu il də «İnformasiya azadlığının yırtıcıları» siyahısında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun adı var.

Sərhədsiz Reportyorlar dünya ictimaiyyətini iqtisadi və geosiyasi maraqların arxasında gizlənməməyə çağırır. Və qeyd edir ki, məhz zəngin təbii sərvətlərinə görə, İ. Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev əmindirlər ki, heç kim onlara bir söz deməyəcək.

Sərhədsiz Reportyorlar təşkilatının siyahısında 5 yeni «mətbuat yırtıcı»sı peyda olub. Bunlar Çinin yeni prezidenti Xi Jinping, Suriyada Cahbat Al-Nosra cihad qrupu, Misirin Müsəlman Qardaşları təşkilatının üzv və tərəfdarları, Pakistanın Bəluç silahlı qruplaşmasıMaldivin dini ekstremistləridir.

4 yırtıcı isə bu dəfəki siyahıdan çıxıb: Somalinin sabiq informasiya və kommunikasiya naziri Abdulkadir Hussein Mohamed, Birma prezidenti Thein Sein, ETA qrupuHəmasFələstin Muxtariyyatının təhlükəsizlik qüvvələri.

Christophe Deloire bildirib ki, «mətbuat yırtıcıları» getdikcə daha da fəallaşır. Belə ki, 2012-ci ildə dünyada mətbuata qarşı zorakılıq görünməmiş səviyyəyə çatıb, rekord sayda jurnalist öldürülüb».
XS
SM
MD
LG