Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:22

Xomeyninin qızı etiraz etdi


Zahra Mostafavi Khomeini
Zahra Mostafavi Khomeini
-

Iran Islam Inqilabının rəhbəri olmuş Ayətulla Xomeyninin qızı da indi ölkədə ən çox müzakirə olunan məsələyə münasibətini açıqlayıb.

Ən çox müzakirə olunan məsələsə - İranda hökuməti islahatlara çağıran keşmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin bu dəfəki prezident seçkilərinə buraxılmamasıdır.

Xomeyninin qızı Zəhra Mostafavi Xomeyni də bundan narazıdır və hazırkı ali dini lider Xamneyiyə məktub yazaraq Rəfsəncaninin namizədliyinin ləğvi barədə qərara yenidən baxılmasına çağırıb.

İranda 700 nəfərə yaxın şəxs prezidentliyə namizədliyini irəli sürsə də, Konstitusiya Mühafizləri Şurası onlardan yalnız 8-nin seçkiyə buraxımasını məqsədəuyğun sayıb.

78 yaşlı Rəfsəncaniyə “yox” cavabını Şura onun prezidentlik üçün çox qoca olması ilə əlaqələndirib.

Xomeyninin qızı Mostafavi məktubda qeyd edir ki, Rəfsəncaninin İslam İnqilabında mühüm rolu olub və onun xidmətləri nəzərə alınmalıdır. Digər tərəfdən Xomeyninin qızı hesab edir ki, seçkidə rəqabətin olmaması ölkədə diktaturaya aparıb çıxara bilər.

“Bu qərar atamın iki dostu – Rəfsəncani və Xamneyi arasında uçurum yaradacaq. Bu həm də küçələrdəki insanlara hörmətsizlik göstərilməsidir. Bu uçurum inqilaba və rejimə böyük zərbə vuracaq. İmam Xomeyninin həmişə dediyi kimi, “ən gözəli ikinizin də bir məqsəd uğrunda çalışmağınızdır”.
Akbar Hashemi Rafsanjani
Akbar Hashemi Rafsanjani

Mostafavi ölkədə ali dini lider vəzifəsinin mühümlüyü barədə atasının vaxtilə demiş olduğu fikirləri xatırladıb: “bu, diktaturanın, kimin nə istəsə etməsinin qarşısının alınması üçün vacibdir”.

Xomeyninin qızı yazır ki, onun fikirləri İrandakı rejimin qayğısına qalan, amma ölkədəki vəziyyətdən narahat olan çoxlu sayda insanın mövqeyini əks etdirir.

İran qanunlarına görə, Konstitusiya Mühafizləri Şurasının qərarını yalnız ali dini lider dəyişə bilər.

Rəfsəncaninin seçki qərargahının rəhbəri Eshağ Cahangiri deyib ki, keçmiş prezident seçkiyə buraxılmaması qərarından şikayət etməyəcək.

Azadlıq Radiosunun analitiki Mardo Soğom deyir ki, əsas namizədlərdən birinin seçkiyə buraxılmaması rejimin daxilindəki qorxunun aydın göstəricisidir.

78 yaşlı Rəfsəncani 1989-cu ildə Xamneyinin ali dini lider seçilməsində böyük rol oynayıb. Bundan sonra – təxminən 10 il ərzində Rəfsəncani Xamneyinin yaxın silahdaşı olub. 1989-cu ildə Xamneyi də Rəfsəncaninin prezidentliyə namizədliyini dəstəkləyib. Rəfsəncani 1997-ci ilə qədər prezident olub.

2009-cu ildə Rəfsəncani Mahmud Əhmədinejadın ikinci dəfə prezident elan edildiyi seçkilərin saxtalaşdırıldığını demiş, islahatçı müxalifətə dəstək vermişdi. Bundan sonra onun Xamneyiyə sadiq mühafizəkarlarla münasibətləri pozulmuşdu.
XS
SM
MD
LG