Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:00

Avropa rəsmiləri Azərbaycanda qəbul edilən yeni qanundan narahatdılar


 Dunja (Dunya) Mijatovic
Dunja (Dunya) Mijatovic
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muižnieks və ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatović Azərbaycanda böhtana görə cəza nəzərdə tutan qanunun internet vasitələrinə də şamil edilməsindən dərin narahatlıq bildiriblər.

Onlar prezident İlham Əlıiyevin belə bir qanun imzalamasından təəssüfləndiklərini, bunun ifadə azadlığı ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhtəliklərə zidd olduğunu bildiriblər.

Avropa rəsmilərinin yaydığı bəyanatda qeyd edilir ki, yeni qanun onunsuz da Azərbaycanda məhdud olan söz azadlığının vəziyyətini daha da pisləşdirəcək.

Prezident İlham Əliyev iyulun 4-də Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun imzalayıb.

Belə ki, indən belə böhtan və təhqirə görə nəzərdə tutulan cəzalar, internet vasitələrinə də aid olacaq.

Böhtana görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək ictimai işlərə, 6 ay, ağır hallarda isə 2 ilədək islah işləri və ya 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Təhqirə görə isə 300 manatdan 1000 manatadək cərimə, 240 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək həbs cəzası tətbiq oluna bilər.
XS
SM
MD
LG