Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:07

Umberto Eco: "Ümid edirəm ki, bu işi bitirənəcən öləcəm"


Umberto Eco
Umberto Eco
-

Dünyaca məşhur İtaliya yazıçısı Umberto Eco "New York Times" qəzetinə müsahibəsində hazırda nə yazdığını açıqlayıb:

- İndi başım çoxşaxəli bir layihə üzərində işə qarışıb. Birləşmiş Ştatlarda "Çağdaş filosoflar kitabxanası" adlanan nəhəng bir kitab seriyası nəşr edilir. Bu işə John Dewey və Bertrand Russell-dən başlayıblar, sonuncu kitab isə Richard Rorty haqda olub. Müəmmalı səbəblərə görə - yəqin əlləri başqa heç kəsə çatmayıb - növbəti kitab üçün məni seçiblər. Bunlar 1500 səhifəlik kitablardır. Mən fəlsəfi görüşlərimi əks etdirən 100 səhifəlik tərcümeyi-halımı yazmalıyam. Bundan başqa indi 25 nəfər ayrı-ayrılıqda, mənim fəlsəfə sahəsində fəaliyyətim haqda bir səhifəlik fikrini yazır. Mən onların hamısını oxuyub hər birinə üç-dörd səhifəlik cavab yazmalıyam. Yəqin bütün bunlara iki il vaxtım gedəcək və ümid edirəm ki, bu işi bitirənəcən öləcəm...

81 yaşlı yazıçı qəzetə müsahibəni İtaliyadakı evindən telefonla verib.

- Kitablarınızın sizdən çox yaşamasını istəməyinizdən tez-tez söhbət açırsınız. Əsərlərinizin taleyi haqda niyə belə çox düşünürsünüz?

- Hər bir yazıçı, hər bir rəssam, hər bir musiqiçi, alim əsərlərinin o öləndən sonra da yaşamasını istər. İstəməsəydi, axmaq olardı. İnanırsınızmı ki, öləndən sonra rəsmlərinin aqibətinin necə olacağı Rafaeli narahat etməyib? Bu, insanın normal bir arzusunun - fiziki olaraq yaşamaq arzusunun o biri üzüdür. Əgər sən yaradıcı işlə məşğulsansa, içində belə bir ümidin olması mühümdür. Əks halda belə çıxardı ki, sən pula, qadına və şampana sahibləməkdən ötrü çalışan bir şəxssən. Əgər içində belə bir ümid yoxdursa, gördüyün işi də sevməyəcəksən.

New York Times
XS
SM
MD
LG