Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:40

Daha bir siyasi fəala narkotik ittihamı


Ömər Məmmədov
Ömər Məmmədov
-
Yanvarın 24-də günorta saatlarında Axın hərəkatının həmtəsisçisi, siyasi fəal və blogger Ömər Məmmədov polis tərəfindən saxlanıb.

Bu barədə maarifçi təşkilat olan Axın hərəkatı rəsmi Facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, Ömər Məmmədovun yaxınları onun saxlanmasından bir gün xəbər tuta bilməyiblər. Müxtəlif hüquq-mühafizə orqanlarına müraciət etsələr də, onun saxlanması barədə hər hansı informasiya ala bilməyiblər.

Axın hərəkatı bildirir ki, bir gün Ömər Məmmədova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsiylə (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) cinayət işi qaldırılması ilə bağlı məlumat ala biliblər.

Ömər Məmmədov həm də Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Partiyanın aparat rəhbəri Samir Əsədli AzadliqRadiosuna bildirib ki, Ömər Məmmədov Bakının Nərimanov polis idarəsi tərəfindən saxlanıb, hazırda Şüvəlandakı müvəqqəti təcridxanada saxlanır.

Barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. Onun sözlərinə görə, artıq Ömər Məmmədova vəkil tutublar. Vəkil Xalid Bağırov yanvarın 26-da onunla görüşməyə çalışacaq.

Ömər Məmmədovun təqsiri sübuta yetirilərsə, onu üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bakının Nərimanov rayon polisindən AzadlıqRadiosuna Ömər Məmmədov adlı şəxsin idarəyə gətirilmədiyini bildirdilər, dedilər ki, ola bilsin, birbaşa təcridxanaya aparılıb.

İş günü olmadığı üçün digər rəsmi qurumlardan ətraflı məlumat öyrənmək mümkün olmadı.
XS
SM
MD
LG