Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:12

Ilqar Məmmədova 7 il, Tofiq Yaqubluya 5 il [Video]


«İsmayıllı məhbusları»na hökm oxundu
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00
-
ABŞ İLQAR MƏMMƏDOV VƏ TOFİQ YAQUBLU BARƏDƏ HÖKMÜ SİYASİ QƏRAR ADLANDIRIR

ABŞ-ın Azərbaycandakı səfirliyi martın 17-də yaydığı bəyanatında qeyd edir ki, məhkəmənin REAL hərəkatının sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu haqqında qərarı sübutlarla əsaslandırılmayıb və siyasi xarakter daşıyır:

"Biz məhkəmə prosesindən əvvəl və məhkəmə prosesi ərzində Azərbaycan hökumətinin müxtəlif nümayəndələrinə açıq və ədalətli məhkəmə prosesinin keçirilməsinə ümid etdiyimizi bildirmişdik.

Azərbaycan hökumətinin ABŞ və digər beynəlxalq müşahidəçilərə məhkəmə prosesini müşahidə etməyə icazə verməsini bəyənməklə yanaşı digər müşahidəçilər və biz şahid ifadələrində və məhkəmə prosesində ciddi pozuntular müşahidə etmişik. Müşahidələrimiz belə bir qənaətə gəlməyə əsas verir ki, məhkəmənin qərarı sübutlara əsaslanmayıb və siyasi xarakter daşıyır.”

"İSMAYILLI İŞİ"NDƏ HÖKM

Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində «İsmayıllı işi» ilə bağlı hakim hökmü oxuyub. Bu işdə ittiham olunan 18 nəfərdən 10-u 2 il yarımdan 8 ilə qədər azadlıqdan məhrum edilib.

Azadlıqdan məhrum olunanlar arasında Müsavat partiyası başqanının müavini və jurnalist Tofiq Yaqublu və REAL hərəkatının rəhbəri İlqar Məmmədov da var. Hakimin qərarı ilə İlqar Məmmədovun 7, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham olunanlardan 8 nəfəri isə şərti cəza ilə məhkəmə zalından azad ediliblər.

Məhkəmədə ABŞ, Fransa, Böyük Britaniya, İsveç səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndələri iştirak ediblər.

Prosesin keçirildiyi məhkəmə binası qarşısında ittiham olunanların yaxınları toplaşıb.

Ötən il yanvarın 23-24-də İsmayıllıda icra başçısının istefası ilə nəticələnən iğtişaşlara görə 18 nəfər saxlanıb. Onlar ictimai asayişi pozmaq və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları rədd edir, həbslərin siyasi motivli olduğunu deyirlər.

«GÜNAHSIZLIĞINI SÜBUT EDƏCƏYİK»

Vəkil Xalid Bağırov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü «absurd» və «qanunsuz» adlandırır.

O, istintaqın düzgün aparılmadığı qənaətindədir:

«İstintaqın qərəzli araşdırmalarını nəzərə almayan məhkəmə absurd qərar çıxarıb. Baxmayaraq ki, biz məhkəmə prosesləri zamanı istintaqın nə qədər qərəzli olduğunu açıb sübuta yetirmişik».

REAL Vətəndaş Hərəkatı Məclisinin sədri Erkin Qədirli deyib ki, məhkəmənin ədalətsiz qərar verəcəyini əvvəlcədən bəlli olub. O, məhkəmənin qərarını «siyasi sifariş» adlandırıb.

«Məqsəd İlqar Məmmədovu siyasi proseslərdən kənarda qoymağa hesablanıb. Biz apellyasiya şikayəti verəcəyik. Digər hüquqi addımlarla İlqar Məmmədovun günahsızlığını sübut etməyə nail olacağıq».

XS
SM
MD
LG