Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:00

“Rusiyanın gələcəyi qaranlıqdır”


Boris Akunin
Boris Akunin
-

Rusiya yazıçısı Boris Akuninin fikrincə, Ukrayna öz qanı və cəsarəti ilə sübut etdi ki, ÖLKƏdi:

“Ukrayna öz yolunu seçdi. Düşünürəm ki, hətta Krımsız da işi yaxşı gedəcək. Məni indi daha çox öz ölkəmin – Rusiyanın gələcəyi narahat edir. Bu gələcək isə qaranlıq görünür”.

Akunin Facebook-dakı postunda qeyd edir ki, Qərbin köməkliyi ilə Ukrayna tezliklə əsl demokratik dövlətə çevriləcək. Krımlılar isə Ukraynadan ayrıldıqlarına görə peşman olacaqlar.

Yazıçının fikrincə, başqa ölkənin ərazisinə qoşun yeridilməsinə (Putin həyasızcasına bunu təkzib etsə də), Krımın Rusiyaya birləşdirilməsinə sevinən çoxluq bilmir ki, “bu hərbi qənimət” ölkəyə necə baha başa gələcək.

Rusiya əvvəlcə siyasi, daha sonra iqtisadi cəhətdən təcrid olunacaq, kapital ölkədən çıxarılacaq, Rusiyaya sərmayə qoyan olmayacaq, Qərb isə rus neftinə əvəz tapacaq. Beləliklə də neftdən gələn yüksək gəlirlər dövrü bitəcək.

Akunin düşünür ki, hərbi xərclərin artması iqtisadiyyatın zəifləməsi, rublun dəyərdən düşməsi ilə nəticələnəcək.

Xaricdən gətirilən mallar bahalaşacaq.

Valyuta ehtiyatları elə də uzun müddət üçün bəs etməyəcək. Maaş və pensiyaları vermək üçün dövlət pul çap edən maşını işə salacaq.

Bu da inflyasiyaya, qiymət artımına səbəb olacaq.

Beləcə, ölkə müflis olacaq, artan narazılığı yatırtmaq üçün dövlət sərt addımlara əl atacaq. Mətbuat və İnternetdə senzura tətbiq ediləcək.

Siyasi məhbusların sayı artacaq, hətta siyasətdən uzaq narazı adamları da həbsxanaya atacaqlar.

Yazıçı düşünür ki, bəli, Krım avantürası ilə Putin ömürlük hakimiyyətini təmin etdi.

Daha doğrusu özünü buna məhkum etdi. İndi o, sadəcə, istefaya gedə bilməyəcək.

Amma Akunin düşünmür ki, Putin ömrünün sonuna qədər hakimiyyətdə qala biləcək. Hakimiyyətin qanuni yolla dəyişdirilməsi mexanizmi olmayanda inqilabi mexanizmlər işə düşür.

Sonda Akunin Krımın anneksiyasına “sevinən kasıb çoxluğu” təbrik edir.
XS
SM
MD
LG