Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:03

Prezidentlərin Leyla Yunus və Rauf Mirqədirov barədə suala cavabları


Fransa prezidenti Francois Hollande (sağda) azərbaycanlı həmkarı İlham Əliyevlə, Bakı, 11 may 2014
Fransa prezidenti Francois Hollande (sağda) azərbaycanlı həmkarı İlham Əliyevlə, Bakı, 11 may 2014

.

FRANSA PREZİDENTİ: "NƏ BAKINI, NƏ DƏ YEREVANI SEÇƏ BİLMƏRİK"

"
Biz Azərbaycanın hər hansı ölkə ilə əməkdaşlığına qarşı deyilik. Bəzi qıcıq doğuran məsələlər var, Dağlıq Qarabağ münaqişəsi də bu sıradadır. Gürcüstanda da belə problemlər var”.

Bunu mayın 12-də Fransa prezidenti Francois Hollande prezident İlham Əliyevlə keçirdiyi mətbuat konfransında deyib.

APA informasiya agentliyinin xəbərinə görə, Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən Fransa prezidenti 20 il ərzində münaqişənin həlli prosesində irəliləyişlərin olmadığını bildirib:

- ATƏT-in Minsk Qrupunun üzvü kimi Fransanın da üzərinə böyük məsuliyyət düşür. Biz bu danışıqları Ermənistanda da davam etdirəcəyik. Fransa mərhələli yolla münaqişənin həllinə səy göstərir. Səylər etimadın olduğunu göstərir. Siz Dağlıq Qarabağa hansı statusu verməyə hazır olduğunuzu da göstərdiniz.

Fransa prezidenti qeyd edir ki, müəyyən məsələlər hələ də münaqişənin həllinə imkan vermir:

- Azərbaycan və Ermənistana səfərim bu münaqişənin həlli yolunda səylərdir. Fransanın Azərbaycan və Ermənistanla dostluq əlaqələri var, biz ikisindən birini seçə bilmərik. Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməklə münaqişənin həllinə yenidən baxmağı təklif etdik. Fransa daim münaqişənin həlli ilə bağlı təşəbbüslərlə çıxış edib. Biz Ukrayna məsələsini də qeyd edirik, prinsiplər vahid olmalıdır. Qarşıdakı günlərdə Ukrayna böhranı ilə bağlı qəti qərar qəbul edəcəyik.

Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu vur]ulayan prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladıb:

- Avropa Şurası və digər beynəlxalq qurumlar da sənədlər qəbul edib, ancaq işğal davam edir. ATƏT-in faktaraşdırıcı missiyasının iki səfərinin də yekununda bildirilib ki, həmin ərazilərdə yaşayış məntəqələri, abidələr dağıdılıb. Biz öz müqəddəratını təyinetmə prinsipinə hörmətlə yanaşırıq, ancaq ermənilər bir dəfə müqəddəratlarını təyin ediblər. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. İnanıram ki, Fransa və Minsk Qrupunun digər həmsədrləri münaqişənin həlli ilə bağlı səylərini davam etdirəcək və münaqişə tezliklə həll olunacaq, insanlarımız torpaqlarına qayıdacaqlar.


Fransa prezidenti Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına da diqqət çəkib:

- Azərbaycanla Fransanın enerji tərəfdaşlığı sahəsində mövqeləri üst-üstə düşür. Azərbaycan bu gün ən böyük qaz təchizatını təmin edən ölkədir. Fransanın bir çox neft və qaz şirkətləri Azərbaycanın neft və qaz layihələrinə qoşulmaq istəyirlər.

Görüşdə Fransa şirkətlərinə Azərbaycanda daha yaxşı şərait yaradılmasını müzakirə etdik. Tullantıların yandırılması, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq etmək istəyirik. Bu sahədə fransız şirkətləri təcrübələrini bölməyə hazırdır. Avropa Olimpiya Oyunları, Formula-1 və digər beynəlxalq yarış və tədbirlərin keçirilməsində də Azərbaycanla əməkdaşlığa hazırıq.

İlham Əliyev Azərbaycanla Avropa Birliyi arasında dialoqun olduğunu bildirib:

- Avropa Birliyi ilə siyasi-iqtisadi əlaqələrimiz var. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı irəli sürdüyü layihələr Avropa Birliyi tərəfindən dəstəklənir. Daxili və xarici siyasətlə bağlı addımlarımıza heç bir kənar dövlət təsir edə bilməz. Azərbaycan müstəqil siyasət yürüdür. Biz siyasi və iqtisadi islahatlar aparırıq.

PREZİDENTLƏRİN LEYLA YUNUS VƏ RAUF MİRQƏDİROV BARƏDƏ SUALA CAVABI

Fransa və Azərbaycan prezidentləri “Frans-Press” agentliyinin Leyla Yunus və Rauf Mirqədirovla bağlı sualı cavablandırıblar.

Francois Hollande bildirib ki, həmişə görüşlərində insan hüquqları məsələsinə də toxunur. O, prezident İlham Əliyevlə görüşündə yaxşı münasibətləri qorumaq üçün bütün məsələlər barədə müzakirə apardığını deyib.

Prezident İlham Əliyev isə deyib ki, insan hüquqları ilə bağlı Azərbaycanda vəziyyət müsbətdir, heç kim siyasi baxışlarına görə təqib edilmir:

- Azərbaycanda internetə qadağa yoxdur, əhalinin 70 faizi internetdən istifadə edir. Azərbaycan müasir demokratik inkişaf yolunu seçib. Fransa ilə Azərbaycan əlaqələri də çoxşaxəlidir.


FRANSA PREZIDENTI AZƏRBAYCANDA YAŞAYAN FRANSIZ İVONNA NƏNƏ İLƏ GÖRÜŞÜB

Fransa prezidenti Francois Hollande əsələn fransız olan, İmişlidə yaşayan İvonna Botto-Şirməmmədova ilə görüşüb.

APA informasiya agentliyinin xəbərinə görə, görüş Azərbaycanda çalışan fransalı iş adamları ilə toplantıda baş tutub.

Francois Hollande İvonna Botto-Şirməmmədovaya deyib ki, onun 23 il əvvəl Fransanın o vaxtkı prezidenti Fransua Mitterana yazdığı məktubu arxivdən tapıb ona veriblər. Həmin məktubda İvonna Botto-Şirməmmədova yazıbmış ki, vətəninə getməyə, əzizlərinin qəbrini ziyarət etməyə ona şərait yaradılsın. Amma illər gözləsə də, Mitterandan ona cavab gəlməyib.

Francois Hollande bildirib ki, dünyanın hər yerində yaşayan fransızlar onların vətəndaşıdır. Prezident deyib ki, bunun üçün də onları heç vaxt darda, köməksiz qoymazlar.

İvonna Botto-Şirməmmədova 1947-ci ildə Fransada sovet partizanı, azərbaycanlı Şəmməd Şirməmmədova ilə tanış olub, onunla evlənərək Azərbaycana köçüb. Bir də 65 ildən sonra öz vətənini, kəndini görə bilib.

Fransa prezidenti mayın 12-də Bakıdan Yerevana, ordan da Tbilisiyə səfər edəcək.

XS
SM
MD
LG