Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:12

Zaqatalada 6 ballıq zəlzələ olub


Zaqatala, 2012-ci il
Zaqatala, 2012-ci il

-

İyunun 29-da gecə saatlarında Zaqatalada 6 bal gücündə zəlzələ olub. Bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ saat 22.26-da Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb.

İlkin məlumata görə, 12 km dərinlikdə baş verən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 6.0 bala qədər hiss olunub.

ÖTƏN ZƏLZƏLƏDƏ YARANMIŞ XIRDA ÇATLAR GENİŞLƏNIB, XƏSARƏT ALAN YOXDUR

Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov APA agentliyinə bildirib ki, zəlzələ nəticəsində dağıntı və tələfat barədə hələlik məlumat daxil olmayıb.

İndiyə qədər rayonun Göyəm kəndində bir evin divarının uçduğu qeydə alınıb: “Bəzi binalarda isə ötən zəlzələ zamanı yaranmış xırda çatlar genişlənib. Başqa dağıntı və tələfat barədə məlumat daxil olmayıb”.

APA-nın məlumatına görə, bölgədə zəlzələ baş verəndən sonra əhali bir müddət küçədə qalıb. Qısa müddətlik mobil rabitə problemi olsa da problem aradan qalxıb. Rayona qaz, işıq, su verilişində heç bir fasilə yaranmayıb.

İki il öncə mayın 7-də Zaqatala rayonunda 7 bal gücündə zəlzələ olub. Həmin vaxt yüzlərlə ev yararsız vəziyyətə düşüb. Evləri qəzalı vəziyyətdə olan sakinlərin bəzisi indiyədək təbii fəlakətlə bağlı kompensasiya ala bilmədiklərini iddia edirlər.

XS
SM
MD
LG