Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:43

Separatçılar hərbçiləri «Qrad»a tutdular

- Slavyansk və Kramatorsk şəhərlərini azad edən Ukrayna ordusu, Donetsk və Luqansk şəhərlərini mühasirəyə alır.

- Ukrayna ordu rəhbərliyi bəyan edir ki, Rusiya sərhəddə yenidən hərbi qüvvə toplayır.

- Separatçılar "döyüşü uduzmaq, hələ müharibəni uduzmaq" deyil bəyan edərək, Donetskdə möhkəmlənməyə can atırlar. Onlar şəhərə gedən əsas magistrallarda 3 körpünü partladıblar

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

15:25 1.7.2014

Donetsk meri xəbərdarlıq yayıb ki, şəhərin mərkəzində, vilayət daxili işlər idarəsinin binası qarşısında atışma gedir. Öz vebsaytında şəhər meri Aleksander Lukyanchenko yazır ki, bina qarşısındakı maşınlar atəşə tutulub, yaralanan var. Şəhər meri əhalidən diqqətli olmağı, hadisə yerinə yaxınlaşmamağı xahiş edir.

15:33 1.7.2014

RUSİYA İLƏ SƏRHƏDDƏ ŞİDDƏTLİ DÖYÜŞLƏR

AzadlqıRadiosu Ukrayna xidməti xəbər verir ki, Rusiya ilə sərhəddəki İzavrino və Çernopartizansk keçid məntəqələrində separatçılarla Ukrayna sərhəddini mühafizə edən Ukrayna təhlükəsizlik qüvvələri arasında ağır döyüşlər gedir. Xəbəbrə əsasən səhər saat 9 radələrində başlayan qarşıdurmada ağır silahlardan istifadə olunur.

17:09 1.7.2014

-

UKRAYNA İLƏ BAĞLI BAKI QRUPU YARADILIB

ATƏT Parlament Assembleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində baş tutan plenar iclasında Ukraynadakı böhranın həlli ilə bağlı Bakı Qrupu yaradılıb.

Bunu iclasda çıxış edən ATƏT PA prezidenti Ranko Kirovkapiç bildirib.

O deyib ki, Ukrayna ilə bağlı proseslər apreldən başlayıb və apreldə Vyanada Ukrayna və Rusiya parlamentarilərinin iştirakı ilə birgə müzakirələr aparılıb:

«Orada yaradılan ATƏT PA Vyana Qrupu bu günədək müəyyən müsbət irəliləyişlərə də nail olub. Amma daha irəli getmək üçün biz Bakıda keçirilən bu toplantıda Ukrayna böhranının aradan qaldırılması üçün Bakı Qrupu yaratdıq. Bu qrupa Vyana Qrupundan fərqli olaraq bura digər ölkələr də daxil ediləcək. Qrup böhranın aradan qaldırılması, sülh danışıqlarının bərpası üçün lazımı işləri görəcək».

ATƏT PA prezidenti vaxtında Ukraynadakı hadisələrə reaksiya verib fəlakətin qarşısını almaq lazımdır.

Davamı

XS
SM
MD
LG