Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:27

Paraddan əsirlərin keçirilməsi hərbi cinayət hesab olunurmu?


Donetskdə keçirilən hərbi paradda Ukrayna bayrağı silahın lüləsinə bağlanıb. 24 avqust 2014
Donetskdə keçirilən hərbi paradda Ukrayna bayrağı silahın lüləsinə bağlanıb. 24 avqust 2014

-

Hərbi parad hərbi cinayət ola bilərmi?

Rusiyapərəst separtaçılar avqustun 24-də Donetskdə hərbi parad keçirtdi. Bu parada yəqin ki, əhəmiyyət verən olmazdı, əgər burda tamaşaçılar önündən hərbi texnika ilə yanaşı əsir alınan 30-40 Ukrayna əsgəri də keçirilməsəydi.

Bu, insan haqları qruplarını şoka salıb. İnsan haqları müdafiəçiləri bunu əsirlərlə rəftar haqda Cenevrə Konvensiyasının açıq-aşkar pozuntusu hesab edirlər.

Human Rights Watchun direktor müavini Rachel Denber Twitterdı yazıb ki, əsirlərin paraddan keçirilməsi alçaldıcı rəftarın qadağanı qaydasının pozulmasıdır.

Əsirləri paradda belə zorla addımlatmaq hərbi cinayətdir yoxsa yox? Azadlıq Radiosunun müxbiri Carl Schreck Lon Ancelesdəki Loyola Hüquq Məktəbinin beynəlxalq hüquq üzrə eksperti David Glazierə bu sualla müraciət edib.

David Grozier deyir ki, bu sualın cavabı asılıdır Ukraynadakı müharibənin özünün necə qiymətləndirilməsindən.

Vətəndaş müharibəsi qaydaları əsirin şəxsiyyətinin alçaldılmasını, alçaldıcı rəftarı qadağan edir.

Əgər müharibə hökumətlər arasındadırsa, əsirin ictimai şəkildə təhqir olunması və əsirə ictimai maraq doğurulması qadağandır.

Glazier deyir ki, əgər bu beynəlxalq silahlı münaqişədirsə, onda aydın şəkildə bu, Cenevrə Konvensiyasının pozulmasıdır.

Ancaq “problem ondadır ki, bu, beynəlxalq silahlı münaqişə deyil. Ona görə yalnız bir qayda tətbiq oluna bilər: əsirin şəxsiyyətini alçaltmaq olmaz.”

Cenevrə Konvensiyasının keşiyində duran Beynəlxaq Qızıl Xaş Xaç təşkilatı Ukraynada gedən müharibəni “qeyri-beynəlxalq silahlı münaqişə” hesab edir.

Başqa ekspert – Case Western Reserve universitetinin hüquq məktəbinin dekanı Michael Scharf deyir ki, hətta bu münaqişəyə Rusiya-Ukrayna müharibəsi statusu verilsəydi belə, “ictimai maraq doğurma” maddəsi ilə cəzanı işə salmaq çətin olardı. Çünki Cenevrə konvensiyasının pozulmasında bütün hərbi cinayətlər eyni güclü deyil.

Konvensiyanın kobud pozuntuları - bilərəkdən qətl, işgəncə, qeyri-insani rəftardır.

Əsirə ictimai maraq doğurma belə qatı pozuntular arasında deyil.

Tarixdə əsirləri paradda belə addımlatmağa görə cəzalanan olub.

1946-cı ildə ABŞ hərbi məhkəməsi almaniyalı general-leytenant Kurt Maezleri 1944-cü ilin yanvarında Romada parada ABŞ-dan və Britaniyadan olan hərbi əsirləri çıxartdığına görə məhkum etdi. Məhkəmədə ittiham tərəfi bildirirdi ki, əsirlər paradadan keçəndən onlara daş atırdılar, hərçənd müdafiə tərəfi iddia edirdi ki, guya əsirlərə gül və siqaret atılırdı.

Scharf deyir ki, əsirlərin paraddan keçirilməməsi onları mənəvi mühakimədən qorumaq üçün deyil, onları məhz fiziki zədədən qoruyurlar.

Donetskdə indi keçirilən paradda isə 1944-cü ildə Moskvada Qızıl Meydandakı paraddan alman əsirlərin keçirilməsi ideyaslından istifadə olunub.

O vaxt alman əsirlərin ardınca su maşınları hərəkət edirdi və əsirlərdən sonra simvolik olaraq küçələr alman əsirlərin izlərindən yuyulurdu.

İndi Donetskdə eyni qayda ilə əsirlərin ardınca küçləri yuyan 3 su maşını gedirdi….

XS
SM
MD
LG