Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:08

Ramiz Mehdiyevin «media müşavirəsi»ndən kim hansı nəticəni çıxardı [Video]


Ramiz Mehdiyevin «media müşavirəsi»ndən kim hansı nəticəni çıxardı
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Ramiz Mehdiyevin «media müşavirəsi»ndən kim hansı nəticəni çıxardı

-

Gözlə

No media source currently available

0:00 0:04:12 0:00
Direct-ə keçid

«Azad mətbuata qarşı təzyiqlər əvvəlkindən də çox olacaq. Buna artıq heç bir şübhə yoxdur ki, müstəqil mətbuat sıradan çıxarılacaq».

Bunu «Azadlıq» qəzetinin baş redaktorun birinci müavini Rahim Hacıyev Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin son çıxışını təhlil edərkən deyib.

Ramiz Mehdiyev avqustun 29-da bir qrup KİV rəhbəri ilə 3 saatlıq müşavirə keçirib və media ilə bağlı bəzi tövsiyyələr verib. Ramiz Mehdiyev məruzəsində ölkə mediasının hərbi məsələlərlə bağlı xəbərləri yoxlamadan yaymaqda, o cümlədən, tənqidi medianı «anti-Azərbaycan şəbəkəsinin Azərbaycan dövlətini gözdən salmaq kampaniyası»na dəstək verməkdə ittiham edib. «Mediaforum» saytı yazır ki, çıxışının bu məqamında Ramiz Mehdiyev «Azadlıq» qəzetinin və «Azadlıq» radiosunun adını çəkib.

«HAKİMİYYƏT SƏRT ÇƏRÇİVƏ FORMALAŞDIRMAQ İSTƏYİR»

Rahim Hacıyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, hakimiyyət «sərt çərçivə formalaşdırmaq» istəyir və bu sərhədi aşan media orqanları cəzalandırılacaq: «Hakimiyyət hesab edir ki, mətbuat rəsmi təbliğat tezislərinə uyğun işləməlidir. Hakimiyyətin siyasətinin sərt tənqidi ola bilməz».

21-ci əsrin Zərdabisi - Ramiz Mehdiyev (250Plyus)
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Ramiz Mehdiyev çıxışında cəbhə bölgəsi ilə bağlı dezinformasiyaların mediaya yol açmasını tənqid edib. Rahim Hacıyev belə bir durumun yaranmasında günahı aidiyyətli dövlət orqanlarında görür: «Yadınıza salın, Azərbaycan iddia edirdi ki, atəşkəsi Ermənistan tərəfi pozub. Ermənistan rəhbərliyi də rəsmi məlumat yayıb bütün dünyaya bildirmişdi ki, atəşkəsi Azərbaycan pozub. Bizim Xarici İşlər Nazirliyi isə bundan bir gün sonra tərpənib bəyanat yaydı».

«VƏTƏNDAŞIN HAKİMİYYƏTİN XƏBƏRİNƏ ETİMADI YOXDUR»

Rahim Hacıyevin fikrincə, ekstremal şəraitdə hakimiyyət operativ fəaliyyət göstərməli, əhalini məlumatlandırmalıdır: «Amma buna qədər hakimiyyət obyektiv informasiya ilə bağlı siyasət sərgiləməlidir ki, vətəndaşlar onun məlumatına etimad göstərsin. Biz bunun şahidi olduq ki, vətəndaşların hakimiyyət orqanlarının informasiyalarına etimadı yoxdur. Ona görə də mətbuat orqanlarına dezinformasiya olduğu şübhə doğurmayan xəbərlər yol açdı».

MEHDİYEVİN MÜŞAVİRƏSİNDƏN ÇIXARILAN NƏTİCƏ

Sözügedən müşavirədə iştirak edən Publika.az saytının rəhbəri Aynur Camalqızı hesab edir ki, xüsusilə, elektron KİV avqustun əvvəlində yaranan ekstremal şəraitdə qeyri-peşəkarlıq nümayiş etdirib: «Portalların biri yazdı ki, 2 kənd boşalıb, digəri yazdı Ermənistan Azərbaycana raket atıb. Ya başqası onlarla əsgərin həlak olmasını xəbərlədi. Amma bu məlumatların heç biri sonradan təsdiqlənmədi».

Aynur Camalqızı deyir ki, Ramiz Mehdiyevin müşavirəsindən artıq bəzi nəticələr çıxarıblar. Onun sözlərinə görə, Qarabağ münaqişəsi mövcud olan müddətdə Müdafiə Nazirliyi, ordu, cəbhə ilə bağlı xəbərlərə korrekt yanaşmalıdırlar: «Rəsmi təsdiqlənməyən xəbərlər bizim portalda, qəzetdə getməməlidir».

Aynur Camalqızı müşavirədən sonra qərara alıb ki, xəbərlərin oxunma statistikasını portaldan yığışdırsınlar: «Həmin vaxt hamı rəqabətə girib, öz xəbərinin daha çox oxunmasını göstərməyə çalışdı. Sən də istər-istəməz bu axına qoşuldun ki, onlar yayır, mən də yayım. Belə statistika yarışı dezinformasiyalara yol açır. Ona görə də artıq biz xəbərə izləmə statistikası qoymayacağıq».

HEYDƏR ƏLİYEV GÖSTƏRİŞ VERMİŞDİ Kİ...

«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə deyir ki, həmin situasiyada qeyri-peşəkarlıq göstərənlər daha çox hakimiyyət nəzarətində olan media orqanları idi: «İş ondadır ki, bizdə informasiya əldə etmək, informasiyaları düzgün yaymaq, peşə kodeksinə əməl etmək və mətbuat xidmətlərinin işinin düzgün qurulmaması problemləri var. Elə mən özüm bu məsələləri dəfələrlə qaldırmışam».

Mehman Əliyev xatırlayır ki, 2003-cü ildə informasiya əldə etmək çətinlikləri ilə bağlı ovaxtkı prezident Heydər Əliyevə məktubla müraciət edib. Prezident də göstəriş verib ki, məsələ araşdırılsın: «Onlar böyük məbləğdə qrantlar alıb çoxlu tədbirlər keçirdilər, amma bu sahədə vəziyyət düzəlmədi».

«ONLAR ANTİ-MİLLİ DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTDUQLARINI BİLMİRƏM»

Ramiz Mehdiyevin tənqidi medianı «anti-milli qüvvələrə» işləməkdə suçlaması ilə bağlı dedikərini isə Mehman Əliyev belə şərh edir:

««Milli maraqlar» dedikdə insan haqlarına hörmət, şəffaf dövlət və cəmiyyət, məmurların hesabatlılığı, qanunların aliliyini başa düşürəm. Bunların da heç biri Azərbaycanda yoxdur. İndi onlar «milli maraqlar» deyəndə nə nəzərdə tutulur, bilmirəm. Media hakimiyyətə qulluq etməməlidir. Bütün dünyada belədir, media nöqsanları göstərməlidir. Media cəmiyyətin sanitarıdır, o biri cəmiyyətlə dövlət arasında vasitəçidir».

Mehman Əliyevin fikrincə, müstəqil mediaya hər zaman təzyiqlər olub: «Bu gün ona görə qabarıq görünür ki, onun sayı» azalıb. Mehman Əliyev deyir ki, problemləri göstərən medianı «düşmən, 5-ci kolonun dəyirmanına su tökən kimi» göstərmək səhvdir. Müsahibimiz əlavə edir ki, bir çox KİV orqanının qoşulduğu Mətbuat Şurasının etik kodeksinin elə birinci maddəsində deyilir ki, jurnalist həqiqətə xidmət etməlidir: «Həqiqət obyektivlik, balans, plüarizm deməkdir».

XS
SM
MD
LG