Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:56

Britaniya parlamenti müharibəyə səs verdi


Britaniya Kral Hərbi Hava Qüvvələrinin "Tornado" təyyarəsi (Arxiv)
Britaniya Kral Hərbi Hava Qüvvələrinin "Tornado" təyyarəsi (Arxiv)

-

Britaniya parlamenti ölkənin İslam Dövləti (İD) üzərinə raket zərbələri endirən beynəlxalq koalisiyaya qoşulmasına böyük səs çoxluğu ilə səs verib.

İndi çox qısa müddətdə Britaniya Kral Hərbi Hava Qüvvələrinin təyyarələri İraqdakı İD mövqelərinə raket zərbələri endirməyə hazır olacaq.

Nümayəndələr palatasından 524 leyhinə, 43 əleyhinə nisbəti ilə keçən qərar, hələlik yalnız cihadçıların İraqdakı obyektlərinə zərbə endirilməsinə icazə verir.

Lakin baş nazir David Cameron bildirib ki, hava zərbələrinin Suriya ərazisinə genişləndirilməsinə dair parlament səsverməsi qısa zamanda gündəmə gələcək.

Xəbər verilir ki, Kipr hərbi-hava bazasındakı Britaniya “Tornado”ları bombardman əməliyyatlarına artıq bu həftəsonu başlaya bilər.

“Psixopat terrorçular”

Olduqca emosional nitqində David Cameron deyib ki, “psixopat terrorçuların bizi öldürmək istədikləri vaxt, biz müşahidəçi kimi qala bilmərik”.

O deyib ki, İD təhlükəsi ilə bağlı təcili tədbirlər görülməzsə, tezliklə NATO üzvü olan Türkiyənin sərhədində terrorçu xilafət yaranacaq.

Bununla belə, Britaniya siyasətçiləri hökumətin orduda artıq üç ildir ki, davam edən ixtisarlar siyasətini pisləyirlər.

Təhlükəsizlik Şurasına ehtiyac yoxdur

David Cameronun tənqidçiləri bunu da vurğulayırlar ki, Qərbin sadəlövhcəsinə dəstəklədiyi Ərəb inqilabları Qərbin özünə qarşı çevrilib. Onlar deyirlər ki, İraq və Suriyada cihadizmin yayılmasında bu mənada Britaniyanın da günah payı var.

Britaniya parlamentindəki müxalifət əksəriyyətlə hava zərbələrinə səs versə də, hərbi əməliyyatların hüquqi çərçivəyə salınmasının zərurətini dilə gətirib.

Bununla belə, hökumət koalisiyasına daxil liberal-demokratlar bildirirlər ki, bombardmanlara hüquqi əsas axtarmaq, məsələni BMT Təhlükəsizlik Şurasımna gətirib çıxaracaq, orada isə Rusiya və Çin əyləşib.

XS
SM
MD
LG