Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:44
"Büdcəmiz təmkinli büdcədir"
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

"Büdcəmiz təmkinli büdcədir"

Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələri başa çatıb [Video]

-

Noyabrın 18-də Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başlayıb. Büdcə 90 dollardan hesablanıb. Layihənin müzakirəsi 3 gün davam edib.

Ən son xəbərlər yazının yuxarı bölümündədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»da daha öncə gedən xəbərlərlə tanış olmaq imkanınız var.

13:54 19.11.2014

«Tıxacların qarşısını almaq üçün yüksək mərtəbəli avtodayancaqlar tikilməlidir»

Deputat Aydın Mirzəzadə təklif edir ki, Bakıda tıxacların qarşısını almaq üçün yüksək mərtəbəli avtodayancaqlar tikilsin. Millət vəkili hesab edir ki, belə dayanacaqları tikmək üçün sahibkarları həvəsləndirmək lazımdır:

«Şəhərdə yüksək sıxlıq olan yerlərdə yüksək mərtəbəli avtodayancaqlar tikilə bilər. Sahibkarlara güzəştlər tətbiq edilə bilər, məsələn, onları vergidən azad etmək olar».

13:50 19.11.2014
Deputat Musa Quliyev
Deputat Musa Quliyev

«Azərabycanda sosial evlər tikilir»

Deputat Musa Quliyev Milli Məclisdə çıxışı zamanı bildirib ki, qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınıb, mənzillə təmin ediliblər:

«Burda sosial evlərin tikilməsini təklif etdilər. Azərbaycanda sosial evlər tikilir. Qaçqın və məcburi köçkünlər üçün 82 qəsəbə salınıb, onlara 45 min mənzil verilib. Amma aztəminatlı ailələr üçün sosial evlərin tikilməsi yükünü hökumətə, büdcəyə yükləmək olmaz. Hökumət ən üstün şərtlərlə sahibkarlara imkan yaratmalıdır ki, uzun müddətli, aşağı kreditlərlə bu evləri tiksinlər».

Xarcidə təhsil proqramının bitmək üzrə olduğunu deyən deputat təklif edir ki, bu proqram uzadılsın: «Hesab edirəm ki, xaricdə təhsil alan gənclər ölkəyə qayıdanda dövlət qulluğuna imtahansız qəbul olunmalıdırlar. Onlar ölkəyə qayıdandan sonra yüksək maaş verən özəl şirkətlərdə işləyirlər. Onları dövlət qulluğuna cəlb edib yüksək maaş məsələsi barədə düşünmək lazımdır».

13:33 19.11.2014
Elmira Axundova
Elmira Axundova

«Əhalidə ümumi mədəniyyət səviyyəsi aşağı düşür»

Elmira Axundova: «Təhsil Nazirliyi islahatlar aparır. Amma texniki-peşə məktəblərinin vəziyyəti yaxşılaşdırılmalıdır. Bəzi kəndlərdə feldşer-mama məntəqələrində həkim çatışmır. Təklif edirəm ki, Tibb Universitetini bitirən kadrları təyinatla bu məntəqələrə göndərək. Həm də bəzi kəndlərdə ya feldşer-mama məntəqələri yoxdur, ya da vəziyyəti pisdir. Buna da diqqət yetirilməyini təklif edirəm. Həkimləri kəndlərdə işləməyə həvəsdləndirmək üçün onlara yüksək maaş verilsin, xüsusi imtiyaxlar nəzərdə tutulsun».

Elmira Axundova deyir ki, əhalidə mədəniyyət səviyyəsi aşağıdır: «Əhalidə ümumi mədəniyyət səviyyəsi aşağı düşür, aqressivlik artır. Bunu erkən nikahların çoxalmasında, ailə-məişət cinayətlərində, dini radikalizmdə görmək olar. Maliyyə Nazirliyi qəsəbələrdə mədəniyyət ocaqlarının tikilməsini sürətləndirməlidir. Sosial çarxların hazırlanmasına çalışmalıdır».

Davamı

XS
SM
MD
LG