Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:45
"Büdcəmiz təmkinli büdcədir"
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

"Büdcəmiz təmkinli büdcədir"

Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələri başa çatıb [Video]

-

Noyabrın 18-də Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başlayıb. Büdcə 90 dollardan hesablanıb. Layihənin müzakirəsi 3 gün davam edib.

Ən son xəbərlər yazının yuxarı bölümündədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»da daha öncə gedən xəbərlərlə tanış olmaq imkanınız var.

13:08 18.11.2014

Milli Məclisdə 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsinə başlanıb

Büdcə zərfinə «2015-ci il üçün yaşayış minimumu haqqında, ehtiyac meyarının həddi haqqında» qanunları, o cümlədən, Milli Məclisin və Hesablama Palatasının gələn il üçün xərclər smetalarını müzakirə edəcək. Parlament Dövlət Sosial Müdafiə Fondunun, Milli Məclisin, Hesablama Palatasının və digər dövlət qurumlarının xərclər büdcəsinin müzakirəsinə başlayıb. Parlamentin spikeri Oqtay Əsədov deyir ki, 2015-ci ilin dövlət büdcəsi real hadisələr nəzərə alınmaqla tərtib olunub:

«Dövlət büdcəsi layihəsi parlamentin müvafiq komitələrində müzakirə olunub. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7 faiz çox, 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2 faiz artıq, yəni 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır».

13:12 18.11.2014

«Neftin qiymətinin 90 dollar olması bizə 2 milyard dollar zərər verəcək»

«Neftin qiymətinin büdcədə 90 dollar nəzərdə tutulması bizə, uzağı 2 milyard dollar zərər verəcək».Bunu İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib:

«Ola bilər ki, büdcədə neftin qiymətinin 90 dollardan götürülməsi bizə 2 mlrd. dollar zərər vursun. Neftin qiyməti 75 dollar olsa, biz 2 mlrd. dollar itirə bilərik. Amma bizim strateji valyuta ehtiyatlarımız 55 mlrd. dolları ötüb. Bu 2-3 mlrd. dollarlıq zərəri ödəməyə imkan verir. Bizim dövlətin kifayət qədər imkanı var ki, sosial proqramlar yarımçıq qalmasın».

13:34 18.11.2014

​2015-ci ildə büdcə kəsiri 1,7 milyard manat həcmində proqnozlaşdırılır

2015-ci il üçün dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da ÜDM-in 32,5 faizini təşkil edir. Dövlət büdcəsinin xərcləri isə 21,1 milyard manat (35,3 faiz) həcmində olacaq.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdəki çıxışında bildirib.

2015-ci ildə dövlət büdcəsinin kəsiri 1,7 milyard manat həcmində proqnozlaşdırılır. Büdcə gəlirləri 2014-cü ilin gözlənilən göstəriciləri ilə müqayisədə 5,7 faiz artacaq, 2013-cü ilin faktiki göstəriciləri ilə müqayisədə isə 0,3 faiz azalacaq. Dövlət büdcəsinin xərcləri 2014-cü illə müqayisədə (gözləntilər nəzərə alınmaqla) 5,2 faiz, 2013-cü illə müqayisədə isə 10,2 faiz artacaq. Gələn il ümumi büdcə daxilolmalarında neft sektorunun payının 2014-cü ildə gözlənən 66 faizə nisbətdə 65,3 faizədək azalacağı gözlənilir. 2013-cü ildə isə bu göstərici 73,1 faiz təşkil edib.

Gəlirlərin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7,112 milyard manat səviyyəsində gözlənilir (2014-cü ilin gözlənilən göstəriciləri ilə müqayisədə 0,1 faizlik artım), Dövlət Gömrük Komitəsi - 1,59 milyard manat (5,3 faiz artım), Dövlət Neft Fondu - 10,388 milyard manat (11,3 faiz), dövlət əmlakının icarəsi - 7 milyon manat (40 faiz), büdcə təşkilatlarının büdcədənkənar gəlirləri - 300 milyon manat, digər gəlirlərdən isə 41 milyon manat təşkil edəcək.

Davamı

XS
SM
MD
LG