Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:57

Azərbaycan hökumətinin iki üzü


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

“Azərbaycan hökumətinin iki üzü” . Altay Göyüşovun Foreign Policy dərgisində dekabrın 6-da çıxan yazısı belə adlanır.

Müəllif yazır ki,Azərbaycan liderləri Qərbin dostu olduqlarını iddia edirlər, ancaq reallığa baxmağın da vaxtıdır.

Azərbaycanın ən məşhur araşdırmaçı jurnalisti Xədicə İsmayıl siyasi məhbusa çevrilən azərbaycanlı fəalların uzun siyashısında sonuncu tutulandır.

Ona qarşı ittihamları müşahidəçilər “gülməli” adlandırır. Ancaq prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev bir gün əvvəl öz məqaləsində Xədicə İsmayılışəxsən “satqın” adlandırırdı, onu anti-Azərbaycan proqramları ilə əməkdaşlıqda ittiham edirdi. Mehdiyevin fikrincə, belə əməkdaşlıq , xarici təhlükəsizlik xidmətləri ilə əməkdaşlığa bərabərdir.

Müəllifin yazdığına görə, Xədicə İsmayılın indiki həbsi Azərbaycanın ABŞ hökumətinə münasibətdə iki üzlü siyasətini göstərir.

Hökumət bir tərəfdən ABŞ-da lobbi tutur ki, ABŞ-ın və Avropanın siyasətini müəyyən edənləri Azərbaycanın demokratik və etibarlı tərəfdaş olmasına əmin etsinlər.

Ancaq evin içində hökumət başqa cür hərəkət edir. Son illər Baklı rejimimedia, siyasi partiyalar, QHT-lər kimi müstəqil institutları sistemli şəkildədağıtmaqla məşğuldur. Onların hamısı Qərbin nüfuzunun sirayət etməsinin qarşısını almaq üçün dağıdılır.

Özü də bunların hamısı o dövlətdə baş verir ki, Şərqdə ilk demokratik dövlət olması ilə fəxr edir.

Məqalədə xatırladılır ki,2003-cü ildə gənc və təhsilli İlham Əliyev prezident olanda bir çoxları düşünürdü ki, Azərbaycan öz demokratik irsini canlandıracaq. Ancaq bu ümidlər yavaş-yavaş yoxa çıxdı və son 2 ildə vəziyyət dramatik şəkildə dəyişib.

Hakim elita ölkədə medianın, vətəndaş cəmiyyətinin olan-qalan qalırqlarını da açıq-aşkar dağıtmaq istəyir.

Bu dağıtma Qərb paytaxtlarında ambisiyalı lobbiçiliklə eyni vaxtda baş verir.

ABŞ və Avropa auditoriyalarına üz tutanda Azərbaycan Rusiya və İranaqarşı dəstəyə söz verir, Avropa yolunda olduğunu iddia edir. Ancaq daxildə Azərbaycan auditoriyası üçünelita nümayəndələri baş söz danışırlar. Azərbaycan parlamentinin hüquq və dövlət quruculuğukomitəsinin sədri Əli Hüseynli deyir: “ABŞ terrorizmlə mübarizə aparan dövlətdən terrorizmi himayə edən dövlətə çevrilib”.

Rəsmilər Azərbaycan daxilində bu dağıdıcı hərəkətlərini onunla izah edirlər ki, Qərbin demokratiyaya dəstəyi əslində inkişafda olan ölkələrdə dövlətçilik əleyhinə neo-imperialist çevrilişdir. Ona görə hakimiyyət Qərb agentlərini zərərsizləşdirməlidir. Dövlətin nəzarətində olan media, rəsmilər regionda sabitsizlikdə Qərbi günahlandırır, Ərəb baharını,rəngli inqilbaları, İslam Dövləti təşkilatını Qərbin təşkil etdiyini iddia edir.

Müəllif yazır:demokratik qurumların məhvininən böyük təhlükələrindən biri odur ki, boşalan yeri ekstremist dini qrupların doldurmasına yol açılır.

Ancaq belə görünür, Azərbaycandalegitimliyi kövrək olan avtoritar liderlər opponent kimi müstəqil səsləri yox, islmaçı radikalları görmək istəyirlər. Opponentləri radikal islamçılar olsa, onda rejim qərb hökumətləri ilə ayrılmazlığını göstərməyə imkan qazanacaq.

Altay Göyüşov yazır ki,rejim ictimai fəalları və islahatçıları boğmaqla sabitliyi qoruduğunu iddia edir. Ancaq bu , yanlışdır. Cəmiyyətdə mötədil səsləri aradan qaldırmaqla Azərbaycan hakimiyyəti anti-qərb mühiti yaradır, bu mühit radikal islamçıları yemləyir. Bu da regionun və Qərbin təhlükəsizliyinə ölümcül təhlükədir.

Buna görə, ABŞ və Avropa vurğulamalıdır ki, Azərbaycanla Qərbin tam əməkdaşlığı Azərbaycanın demokratiya və insan haqları standartlarına tam riayət etməsindən keçir.

XS
SM
MD
LG