Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:16

"İnsanı bu yolla həbs etmək çox gülüncdür"


Əkrəm Əyslisli
Əkrəm Əyslisli

-

«Mənə elə gəlir ki, bu yolla insanı həbs etmək çox gülüncdür. Mənə də bu inandırıcı görünmür, yerli-dibli uydurmadır».

Yazıçı Əkrəm Əylisli araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsinə münasibət bildirərkən belə deyib. Yazıçıya görə, belə bir ittihamla jurnalisti həbs etməklə hüquq mühifizə orqanları düşüncəsizlik ediblər:

«Həbsin motivi bütün cəmiyyətə, Azərbaycan xalqına bəllidir. Hamı bilir ki, Xədicənin həbsi onun jurnalist fəaliyyəti ilə bağlıdır. Buna bir kəsdə bir damla olsun belə şübhə yoxdur. Bu cür addım atmaq düşüncəsizlikdir. Adama qəribə gəlir ki, ciddi insanlar necə belə bir şey edir. Məndə acınacaqlı təəssürat yaranır».

Yazıçı ümid edir ki, işin istintaqı ədalətli aparılacaq və jurnalist tezliklə azad olunacaq:

«Belə bir yolla Xədicə İsmayıl tutulsa, bu, Azərbaycan məhkəmə sisteminin tamamilə tənəzzülü, simasızlığı olar. Mənə elə gəlir ki, hüquq mühafizə orqanları buna getməməlidirlər, öz ləyaqətlərini saxlamalıdırlar. Bir ola nəsə inandırıcı olsun, bir də ola ki belə. Mən təsəvvür etmirəm ki, Azərbaycanda kənd müəllimindən tutmuş başqa sənət sahibinədək kimsə adamın bu yolla həbsə salınmasını ədalətli saysın. Mən bunu təsəvvür etmirəm».

Çingiz Hüseynov
Çingiz Hüseynov

İsraildə yaşayan məşhur azərbaycanlı yazıçı Çingiz Hüseynov da özünün facebook səhifəsində jurnalist Xədicə İsmayılın həbsinə münasibətini bildirib. Statusu ilk dəfə «Azadlıq» qəzeti tərcümə edib:

«Susa bilmirəm. Qələm də təəccübünü gizlədə bilmir. Azərbaycan hüquq sistemi yenidən dünyaya analoqu olmayan nümunə göstərdi. Onların yaradıcı təfəkkürünə təəccüblənməmək mümkün deyil (nə Allahdan qorxurlar, nə tarixdən. Vaxtilə SRRİ Ali Məhkəməsində işləmiş mərhum dostum İsmayıl Alxasov belə hallarla bağlı deyirdi ki, heç bir sağlam düşüncəyə uyğun deyil).

Biz yeni hüquqi abırsızlığın nümunəsi ilə üz-üzəyik. Xədicə ilə şəxsi tanışlığım yoxdur. Eyni zamanda kəskin xarakterli yazılarından xəbərim var. Uzun müddət onu təqib etdilər və sonda həbsxanaya salmaq üçün əsas uydurdular. Ondan şikayət edən şəxs sağ-salamatdır. Yalnızca onun ərizəsinə əsasən belə qərar qəbul olunub. Bu qayda ilə istənilən adamı həbsxanaya göndərmək olar. Bu, əsl klassik bespredel nümunəsidir. Əslində, bu, danosdur. Sabirin məşhur misralası yada düşür:

Daş qəlbli insanları neylərdin, İlahi...».

XS
SM
MD
LG