Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:17

Çirki, palçığı çəkən rəssam


-

Qonşu ölkələrin modern sənət axınları

Ermənistan və İranın ortaq modernist rəssamı

Marcos Grigorian (1925-2007) - Ermənistan və İranın ortaq modernist rəssamı hesab olunur. Onun valideynləri Türkiyədə, özü Rusiyada doğulub, 5 yaşından İranda yaşayıb, formalaşma dövrünü İranda keçirib, ilk incəsənət təhsilini Tehranda, sonra Romada alıb.

1950-ci illərdə İranın bir neçə rəssamıyla modernist sənət qrupu yaradıb. Sonra ABŞ-a köçüb, orada qalereyalarla əməkdaşlıq edib, daha sonra yenidən İrana və Ermənistana qayıdıb.

Sağlığında 5 min əsərini Ermənistana bağışlayıb, bu gün onun əsərləri ABŞ, İran və Ermənistan muzeylərində saxlanır.

Modernist pop sənətkar olan Marcos Grigorian adi əşyaları, həmçinin erməni və İran mətəxindən olan xörəklərin rəsmlərini çəkirdi.

Rəsmlərində cadar-cadar olmuş torpaq, cadar-cadar olmuş dəri, quru saman, səhra estetikası üstündür. O, işləyərkən yerə baxırmış, çünki yeri çəkirmiş. Marcos Grigorianın üstünlüyü çirkdə, palçıqda estetik dəyər görməsi hesab olunur.

Oxu zalı

XS
SM
MD
LG