Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:01

Kredit faizləri azaldıla bilər


Arxiv fotosu
Arxiv fotosu

Mərkəzi Bankın sədri Elman Rüstəmov bank rəhbərləri ilə görüşüb. İyulun 9-da keçirilən görüşdə faiz dərəcələri, kredit almaq imkanları və məsuliyyətli kreditləşmə məsələləri müzakirə olunub.

Mərkəzi bank sədri kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templərinin qaneedici olmadığını bildirib:

“Banklar bütün imkanlardan və resurslardan istifadə etməlidir. O cümlədən, istehlak kreditləşməsi zamanı komisyon haqlarının 1%-lə məhdudlaşması kreditlər üzrə real effektiv faiz dərəcəsini əhəmiyyətli azaldacaq”.

Mərkəzi Bank yazır ki, banklar Elman Rüstəmovun mövqe və tapşırıqları anlaşıqlı qarşılamış, konstruktiv mövqe göstəriblər. Bu istiqamətdə verilən tapşırıqlar da nəzərə alınmaqla banklar kompleks işlərin görüləcəyini bildiriblər.

Görüşdə bankların resurslarının dəyərinin ucuzlaşdırılması, risklərin azaldılması, xərclərin optimallaşdırılması və onların faiz dərəcələrinə təsiri kimi məsələlər təhlil edilib. Bu istiqamətdə Mərkəzi Bankın gördüyü işlər, eləcə də planlaşdırılan əlavə tədbirlər barədə banklar məlumatlandırılıb.

Mərkəzi Bank bildirir ki, kredit faizlərinin azaldılması istiqamətində banklarla birgə iş davam etdiriləcək.

Görüş keçirilən vaxt, özəlliklə, sosial mediada bankların yüksək kredit faizi müzakirə olunurdu. Yayılan məlumatlara görə son vaxtlar Azərbaycan bankları istehlak kreditlərini 35-40 faiz arasında təklif edir. Bu ilin yazında manatın kəskin ucuzlaşmasına qədər isə bu rəqəmlər 20-25 faiz arasında dəyişirdi. Ekspertlər xüsusilə Bakıda keçirilən Avropa Oyunlarından sonra banklarda kredit faizlərinin kəskin artdığını deyirlər.

XS
SM
MD
LG