Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:50

İŞİD geri çəkilir - Türkmanlar yerləşir


Suriya ilə sərhəddə Türkiyə tankları.
Suriya ilə sərhəddə Türkiyə tankları.

-

İngiltərədə çıxan «The Independent» qəzeti Türkiyənin Suriyada təhlükəsiz ərazinin yaradılması üçün ilk addım atdığını, Azez şəhəri ətrafında yerləşəcək türkmanların Suriyaya girişinə yardım etdiyini yazır.

«Türkiyə ordusu türkman döyüşçülərə zirehli texnika ilə birlikdə Bab El Selamdan keçməklə Azez şəhərində düşərgələrini qurmaqlarına kömək edir.

Bab El Selam Türkiyənin Kilis şəhərinin Öncüpınar sərhəd məntəqəsinin Suriya tərəfindədir.

«EVLƏRİNİZİN YERİNİ KOALİSİYA QÜVVƏLƏRİNƏ BİLDİRƏCƏYİK»

Türkman qüvvələrinin əraziyə yerləşdirilməsi dörd il yarımdır davam edən Suriya müharibəsində bu cür ilk müdaxilə kimi qiymətləndirilir:

«Türkiyənin son addımı kürdlərlə etnik toqquşmaların təhlükəli nöqtələrə gəlməsinə yol aça bilər. Türkman liderlər minlərlə türkmanın Suriyanın şimalındakı evlərindən kürd silahlılarının zorla çıxardıqlarını, bəzilərinin İŞİD-in nəzarətindəki bölgələrə getmək məcburiyyətində olduğunu bildirir».

Yazıda Tel Abyad yerli şurasının keçmiş üzvü Ahmed el-Hac-ın fikirləri də yer alıb: «Keçən ay Raqqanın şimalındakı yüksək rütbəli bir kürd komandiri türkmanlara deyib ki, getməsəniz, evlərinizin və məktəblərinizin koordinatlarını İŞİD-ə qarşı olan koalisiyaya verəcəyik. Onların təhdidləri işə yaradı, camaat evlərini tərk edib getdi».

TÜRKMANLAR İŞİD-DƏN VƏ YPG-DƏN BEZİB

Məqalədə Suriya Türkman Məclisi sədri Abdurrahman Mustafa-nın bu sözləri də yer alıb: «Bu, çox əhəmiyyətli fürsətdir. İki ildir təhlükəsiz bölgənin formalaşdırılmasına çağırırıq. Bu daha əvvəl edilsəydi, insanlar Bashar Assad-in bombaları altında ölməzdi. Bu gün İŞİD-dən də, YPG-dən də danışmazdıq. Türkmanlar artıq İŞİD-dən və YPG-dən (PKK-nın Suriya qanadı) bezib».

Türkiyənin Suriya ilə bağlı siyasətinin dəyişməsini İngiltərədən olan diplomat belə şərh edib: «İŞİD-ə qarşı mübarizədə türklərin dəstəyini almaq çox əhəmiyyətli idi. Türkiyə bunun qarşılığında kürdlərə qarşı əməliyyatlar keçirilməsini tələb etdi. PKK-nın hücumları da alova benzin tökür».

Diplomatın sözlərinə görə, Azez bölgəsində onsuz da gərgin olan etnik münasibətlərə türkman qüvvələrinin göndərilməsi heç bir kömək etməyəcək.

Məqalədə o deyilir ki, ABŞ rəsmiləri Türkiyəninson həmləsindən xəbərdar deyil: «Həftənin əvvəlində Türkiyə Xarici İşlər Nazirliyinin məsləhətçisi Feridun Sinirlioğlu deyib ki, Türkiyə və ABŞ bölgəyə girməyə çalışan İŞİD və kürd silahlılarını tərksilah edəcək. İncirlik hərbi bazasından istifadə edən Vaşinqton isə Sinirlioğlu-nun sözlərinin kürdlərə aid olan hissəsinə qarşı çıxıb».

XS
SM
MD
LG