Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:37

İmişlidə dərslər boykot olundu


Qızılkənddə etiraz.
Qızılkənddə etiraz.

-

Sentyabrın 15-də İmişli rayonunun Qızılkənd sakinləri etiraz aksiyası keçiriblər. Onlar uşaqlarının tamamilə yararsız olan orta məktəb binasında təhsil almasına etiraz ediblər. Bu məqsədlə kənd sakinləri uşaqlarını məktəbə yollamamaqla dərsləri boykot ediblər.

Daha sonra məktəb binası qarşısına toplaşan sakinlər öz etirazlarını bildiriblər. Polis və məktəb direktoru, təhsil şöbəsinin nümayəndəsi aksiya iştirakçılarını sakitləşdirməyə və uşaqlarını məktəbə yollamağa çağırsalar da, etirazçılar buna qarşı çıxıblar.

Aksiyaçıların AzadlıqRadiosuna verdiyi məlumata görə, bəzi məktəb müəllimləri də həmin binada dərs deməkdən imtina ediblər.

"Məktəb deyil, tövlədir"
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Kənd sakinlərinin dediyinə görə, uçuq-sökük, tavanı, hətta pəncərəsi, şüşəsi olmayan bu binada məktəblilər xəstəlik tapırlar. Məktəbin hətta tualetinin belə olmadığı deyilir.

Məktəb istifadəyə 1974-cü ildə verilib, 600 nəfər şagirdin təhsil alması üçün nəzərdə tutulub. Hazırda kəndin 6000 əhalisi var.

Etiraz aksiyasının sentyabrın 16-da da davam edəcəyi gözlənilir.​

XS
SM
MD
LG