Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:01

Rusiya təyyarəsinin partladıldığı rəsmən təsdiqləndi


A321
A321

-

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) oktyabrın 31-də Misirdəki təyyarə qəzasının terror aktı olduğunu rəsmən təsdiqləyib

Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan «Airbus A321» təyyarəsinin düşməsi 224 nəfərin ölümünə səbəb olmuşdu. Ölənlərin hamısı rusiyalı idi.

Noyabrın 17-də prezident Vladimir Putin-in rəhbərliyi ilə keçirilən iclasda FTX rəhbəri Aleksandr Bortnikov deyib ki, təyyarənin göyərtəsində uçuş zamanı əldəqayırma partlayıcı qurğu işə düşüb. Partlayıcının gücü 1 kiloqtam trotil ekvivalentində olub.

«Dünyanın harasında olmasından asılı olmayaraq, biz bu terror aktının arxasında dayananı tapıb cəzalandıracağıq» – Vladimir Putin belə deyib.

Ölkə başçısı həmçinin bildirib ki, Suriyaya hava zərbələrini davam etdirəcəklər ki, cinayətkarlar qisasın qaçılmaz olduğunu başa düşsünlər.

17 NƏFƏR SAXLANILIB

Misirdə Rusiyanın «A321» təyyarəsini partlatmaqda əli olduğu güman edilən 17 nəfər saxlanılıb.

Saxlanılanlardan ikisi Şarm-əl-Şeyx aeroportunun əməkdaşıdır. Müstəntiqlər hesab edirlər ki, məhz onlar terrorçulara partlayıcı qurğunun təyyarəyə yerləşdirilməsində kömək ediblər.

Bu barədə Misirin təhlükəsizlik xidmətlərinə istinadla «Reuters» məlumat yayıb.

Rəsmi Kreml hələ ki, bu məlumatı təsdiqləmir.

XS
SM
MD
LG