Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:02

Rusiya gənc yazıçılarını tanıdır: Ola bilsin ki, onların saqqalı yoxdur


Mixail Vizel
Mixail Vizel

- "Sovet andeqraund ədəbiyyatının görkəmli nümayəndəsi Yevgeni Popov saç-saqqalı ağ vaxtı “gənc yazar” adlandırılırdı, çünki onun əsərləri çap edilmirdi."

Mixail Vizel

(Rusiyada rəsmi God Literaturı səhifəsinin baş redaktoru)

Rus ədəbiyyatının klassik kanonu yaxşı tanınır,

bəs bugünkü gənc rus yazıçılarından nə xəbər?

Lev Tolstoy
Lev Tolstoy

Əgər Rus ədəbiyyatının sifəti olsaydı, bu, yəqin ki, ömrünün son illərindəki saqqallı və ciddi Lev Tolstoyun üzü olardı.

Amma Rusiyada gənc yazıçıların və şairlərin də ölkənin sərhədlərindən kənarda tanınmaq ənənəsi var.

Aleksandr Puşkin məşhur şair olanda 24, Lermontovsa “Yeni Puşkin” kimi tanınanda 23 yaşındaydı, Dostoyevski ilk romanına görə hörmət qazananda 25 yaşındaydı, Danil Xarms, MayakovskiAxmatova topdağıtmaz əsərlərini 20 yaşlarında yazmışdılar. Bu tanınmış isimlərin davamçıları 21-ci əsrdə də Rusiyada və dünya ədəbiyyatında öz sözlərini deyirlər.

Sovet vaxtı "gənc yazıçı” ədəbi karyerasına yeni başlayan gənc yazıçı və ya şair demək idi. Odur ki, orada 40, 50 yaşlı yazarlara da “Gənc yazar” deyə bilirdilər.

Y.Popov
Y.Popov

Sovet andeqraund ədəbiyyatının görkəmli üzvü Yevgeni Popov saç-saqqalı ağ vaxtı “gənc yazar” adlandırılırdı, çünki onun əsərləri çap edilmirdi.

“Kitabın çıxana qədər sən gənc yazıçısan!”

Alisa Qəniyeva
Alisa Qəniyeva

Bugünsə belə bir bölgü yoxdur. Kseniya Bukşa, Sergey Şarqunov, Anna StarobinetsAlisa Qəniyeva – onların hamısı sözün birbaşa mənasında gəncdirlər, 30 yaşlarına çatmamış uğurlar qazanıblar.

Zaxar Prilepin ilk romanını 30 yaşında çap etdirib. Çeçenistana döyüşməyə göndərilməsəydi, ailə dolandırmaq qayğıları olmasaydı, 30 yaşına qədər gözləməli olmazdı.

Ədəbiyyatda öz dəyərini fasiləsiz olaraq isbat etməlisən. Zaxar Prilepin

İndi onun 40 yaşı var, Rusiyanın çağdaş klassik yazıçılarından biri yerini möhkəm tutub, bir çox kitabları çap olunub.

Sovet vaxtı ədəbiyyatda Yazıçılar İttifaqı dominantlıq edirdi. Bu təşkilat yazıçıların öz əsərlərini ədəbi jurnallarda çap etdirə bilməsinin yeganə yolu idi.

Zaxar Prilepin
Zaxar Prilepin

Bu, rəsmi təltiflər qazandırsa da, ümumən yazıçının, şairin ideyalarının kompromisə getməsini tələb edirdi, çünki o jurnalları oturuşmuş, bəlli estetik və ideoloji konsepsiyaları olan redaktorlar idarə edirdilər.

Müasir Rusiyada isə yazıçılar özləri ədəbiyyat jurnalı yarada bilərlər. Məsələn, Yazıçı Katya Morozova və tənqidçi İqor Qulin (hər ikisinin yaşı 30-dan aşağıdır) özlərinin “Nosorok” (kərkədan) jurnalını açıblar.

Müasir gənc yazıçılar üçün Rusiyada dövlətin bir mərkəzdən idarə etmədiyi müxtəlif qrantlar, fondlar və proqramlar var. Çağdaş gənc yazıçılar üçün Debüt Mükafatı var. Bu mükafat yaşı 35-dən aşağı olanlara verilir.

Gənc rus yazıçıları post-Sovet dövrünün yeni imkanlarından və azadlıqlarından bəhrələnərək, müxtəlif oxucu zövqlərinə uyğun ən müxtəlif mövzularda yazırlar.

Gözəl Yaxina
Gözəl Yaxina

Gözəl Yaxinanın “Züleyxa gözlərini açır” romanı Tatarıstandan Sibirə sürgün edilmiş nənəsinin təcrübəsinə əsaslanan öz ailə hekayəsidir.

Mistik bədii mətnlər oxumağı xoşlayanlar Anna Starobinetsin “Asylum 3/9” (Sığınacaq) romanını oxuya bilərlər.

Dmitri Qluxovskinin “Metro 2033” romanı isə post-apokaliptik bir epik əsərdir.

Zaxar PrilepinSergey Şarqunov siyasi romanın əla eksponentləridir. Onlar müxalif mövqedən yazırlar, bu isə onların Rusiyadakı şöhrətinə daha çox şöhrət qatır.

Ola bilsin ki, onların saqqalı yoxdur, amma gənc rus yazıçılarının yeni kontingenti onu deməyə əsas verir ki, Rusiyanın ədəbi gələcəyi də keçmişi kimi parlaqdır.

Mənbə

XS
SM
MD
LG