Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:15

«4 günlük müharibədən sonra təşəbbüsü 3-cü dövlətlərə verdik»


Keçmiş diplomat Arif Məmmədov, 2014
Keçmiş diplomat Arif Məmmədov, 2014

Azərbaycan insan haqları ilə bağlı Qərbin çağırışlarına əhəmiyyət verməsə, çox ciddi təzyiqlərlə üzləşə bilər. Bunu İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanındakı keçmiş səfiri, hazırda Avropada siyasi mühacir olan Arif Məmmədov AzadlıqRadiosu-na müsahibəsində deyir. Keçmiş diplomatla söhbətimizə Qarabağ ətrafında baş verən son proseslərlə başladıq:

– Arif bəy, Ermənistan parlamentinin Dağlıq Qarabağı tanımaqla bağlı qanun layihəsini müzakirəyə çıxaracağı məlumatları yayılır, hərçənd, yerli hakimiyyət bunu təkzib edir. Əgər Ermənistan Dağlıq Qarabağı tanısa, bunun münaqişənin nizamlanması danışıqlarına necə təsiri ola bilər?

– Bu, çox təhlükəli prosesdir. Bu onu göstərir ki, biz bu 4 günlük müharibə vaxtı, təəssüf ki, ciddi siyasi nailiyyət əldə edə bilmədik. Ermənistan bundan istifadə edərək, danışıqlar prosesindən kənarlaşmaq, ciddi bir problem yaratmaq niyyətindədir. Əgər Ermənistan bu qanun layihəsini qəbul etsə, onda Azərbaycanın bir çıxış yolu qalır: müharibəyə başlamaq. Bunun üçüncü yolu yoxdur. Ancaq bu da bizim müstəqilliyimizə təhlükə yaradır. Vətənini sevən hər bir kəs istəyir ki, bu məsələ həll olunsun. Qarabağ Azərbaycanın bir hissəsidir, tarixi-mədəni mərkəzidir. Bütün vasitələrdən istifadə edərək münaqişənin sülh yolu ilə çözülməsinin tərəfdarıyıq. Bu gün 5 rayonun, bir dəhlizin qaytarılmasından söhbət gedir, 90-cı illərin sonunda isə Ermənistan işğal olunmuş əraziləri, faktiki, qaytarmağa razı idi. Bu gün Şuşanın qaytarılması məsələsinin gündəlikdə olmaması çox böyük səhvdir. Biz bu 4 günlük müharibədən sonra təşəbbüsü üçüncü dövlətlərə verdik. Bu gün prosesləri nə Azərbaycan, nə Ermənistan idarə edir. Üçüncü dövlətlər öz maraqları çərçivəsində prosesləri idarə etmək imkanı qazanıblar. Biz geosiyasi tələyə düşdük. İndi bu tələdən çıxmaq yolunu düşünmək lazımdır, hərçənd, mən yol görmürəm.

Gözlə
Embed

No media source currently available

0:00 0:01:54 0:00
Direct-ə keçid

– Üçüncü dövlət kimi daha çox kim fəallıq edir?

– Bütün təşəbbüslər bu gün Rusiyadan gəlir, onun fəallığını görürük. Atəşkəsin bərpasında Rusiyanın fəallığını görürük. Onu da görürük ki, Minsk qrupu kənarda qalıb, bu da böyük bir səhvdir. Minsk qrupunu nə qədər ittiham etsək də, beynəlxalq ictimaiyyət münaqişənin nizamlanmasında bu çərçivəni qəbul edib. Deyirlər, İslam Əməkdaşlıq Təşkilatında bir qrup yaransın. Mən bu təşkilatda iki il səfir olmuşam, bu təşkilat zəifdir, təsəvvür edin ki, bu qurumun illik büdcəsi 27 milyondur, Formula 1 yarışlarına bundan dəfələrlə çox vəsait nəzərdə tutulub. Avropa Birliyinin illik büdcəsi 150 milyarddır. Biz Rusiya ilə yanaşı, Avropa Birliyini, aparıcı dövlətləri bu prosesə cəlb etməliyik. Onları ittiham etməklə biz yalnız və yalnız özümüzü təcrid edirik və üçüncü dövlətlərin proseslərə müdaxiləsinə yol açırıq.

«Orduya «dayan» əmri vermək səhv idi»

– Sizcə, 4 günlük müharibənin pərdəarxası məqamları nə idi?

– Burda müxtəlif səbəblər sadalana bilər. Bu, xalqda ümid yaratdı, ovqat yaratdı. Son zamanlar Qarabağ gündəmdən çıxmışdı, mitinqlərdə ikinci-üçüncü mövzuya keçmişdi. Qısa da olsa, əldə edilən hərbi uğurlar xalqda ümid oyatdı. Amma əməliyyatların ən fəal vaxtı orduya dayan əmri vermək ciddi problemlərə səbəb oldu. Əgər işğal olunmuş 20 faiz ərazinin 5 faizini geri qaytarsaydıq, Ermənistan bu gün özünü belə aparmazdı.

Gözlə

No media source currently available

0:00 0:01:57 0:00
Direct-ə keçid

– Ancaq belə fikirlər də səslənir ki, Azərbaycan bir az da hərbi əməliyyatlarına davam etsəydi, qarşısında Ermənistan yox, Rusiya hərbçilərini görə bilərdi.

– Münaqişə Ermənistan ərazisinə keçməyənə qədər Rusiya müdaxilə etməzdi. Rusiya da öz oyununu oynayır. Biz Rusiya faktorunu şişirdirik ki, guya Ermənistana hərbi dəstək verəcəkdi. Kollektiv Təhlükəsizlik Sazişi belə fiaskoya uğradı, Ermənistan üzv ola-ola Qazaxıstan, Belarus da Azərbaycanı dəstəklədi. Rusiya isə neytral qaldı. Mən inanıram ki, biz Xankəndinə kimi gəlsəydik, Rusiya heç bir şey etməzdi. Biz davam eləməliydik, çünki həm texnika, həm ordunun hazırlığı baxımdan, həm də ruh yüksəkliyi üstünlük bizdə idi. Belə bir vəziyyətdə «dayan» əmrinin verilməsinin fəsadlarını və mənfi nəticələrini biz gələcəkdə görəcəyik.

«Bölgəyə Rusiya sülhməramlısı gələ bilməz»

– Arif bəy, bölgəyə Rusiya sülhməramlılarının gəlməsi nə dərəcədə realdı?

– Bu, Azərbaycanın suverenliyinin bitməsi deməkdir. Mən Azərbaycanın 93-cü ildən diplomatıyam. Müxtəlif görüşlərdə, Avropa Birliyi çərçivəsində bu fikirlərin səslənməsini eşitmişəm ki, Minsk qrupunda təmsil olunan ölkələrin sülhməramlısı bölgəyə yerləşə bilməz. Yəni nə ABŞ, nə Fransa, nə də Rusiya öz sülhməramlısını göndərə bilməz. Vaxtilə bu məsələ çox ciddi müzakirə olunmuşdu və bir çox Avropa ölkələri regiona sülhməramlılarını göndərməyə razılaşmışdı. Biz danışıqlardakı 90-cı illərin sonu, 2000-ci illərin əvvəlindəki üstünlüyümüzü getdikcə itiririk. İndi isə dünya qaynayır, Rusiya Qərb dövlətləri ilə qarşı-qarşıyadır, hər kəs öz maraqlarını güdür. Biz bu gün geosiyasi toqquşmanın ortasında qalmışıq. Ona görə də diplomatiyamız ağıllı davranmalıdır, xaricdəki diplomatlarımıza qulaq asmalıyıq. Çox ciddi diplomatlarımız var, onları bir araya toplayıb beyin mərkəzi yaratmalıyıq. Cəmiyyəti öyrənməliyik ki, camaat müharibəyə hazırdımı? Parlamentdə dinləmələr olmalıdır. Görmüsüzmü belə bir dinləmə? Faktiki, ölkə təhlükə qarşısındadır, amma bu təhlükə qarşısında ciddi addımların atıldığını görmürük.

«Qərb Xədicənin, İlqarın azadlığını istəyir»

– Arif bəy, Qarabağ ətrafında baş verənlər Azərbaycandakı insan haqları ilə bağlı məsələləri arxa planamı atdı, sizcə?

– Təəssüflər olsun ki, bu da ciddi məsələdir, hakimiyyət istəyir ki, Qarabağ ətrafında baş verənlərin fonunda insan haqları problemindən yaxasını kənara çəksin. Ancaq Xədicə İsmayıla mükafat verilməsi göstərir ki, beynəlxalq ictimaiyyət öz diqqətini bu məsələdən çəkmək istəmir. İlqar Məmmədovla bağlı məhkəmə prosesi getdi, ancaq heç bir dəyişiklik olmadı. Biz həm insan haqları ilə bağlı, həm də Avropanı qınamaqla özümüzü təcrid vəziyyətinə salırıq. Düzdür, 14 siyasi məhbus buraxıldı, amma yenə də həbsxanalarda siyasi məhbuslar var. Beynəlxalq ictimaiyyət daha ciddi addımlar gözləyir, məsələn, Xədicə İsmayılla bağlı israrlıdır.

Gözlə

No media source currently available

0:00 0:01:19 0:00
Direct-ə keçid

– Azərbaycan hakimiyyəti insan haqları ilə bağlı çağırışlara əhəmiyyət verməsə, hər hansı təzyiqlər ola bilərmi?

– Bilirsiz ki, ABŞ-da konqresmen Smith Azərbaycana qarşı sanksiyalar məsələsini qaldırmışdı. Bu yaxınlarda o bu məsələyə yenidən toxunub. Əgər ABŞ belə bir sanksiyaya əl atsa, bu, Qərb dövlətləri, beynəlxalq ictimaiyyət üçün də keçərli olacaq, zəncirvari reaksiya verəcək. Bu sanksiyalar elə belə deyil, konkret addımları nəzərdə tutur. Bu addımlar atılsa, Azərbaycan üçün iqtisadi ölüm deməkdir.

XS
SM
MD
LG