Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:35

Erdoğan:"Məsələ ermənilərdə deyil"


 Tayyip Erdogan
Tayyip Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, Osmanlı İmperiyasının ermənilərin soyqırımında ttiham olunması müasir Türkiyəyə qarşı şantaj kimi istifadə olunur. Frans Pressin məlumatına görə, Türkiyə İxracatçılar Şurasının 23-cü Qurultayında çıxış edən Erdoğan əlavə edib ki, Ankara heç vaxt soyqırımı ittihamını qəbul etməyəcək.

Televiziya ilə yayımlanan nitqində o deyib ki, “məsələ ermənilərdə deyil...Erməni məsələsindən bütün dünyada Türkiyəyə qarşı şantaj kimi istifadə edirlər”.

O, Türkiyənin mövqeyini bildirib: “Bizim erməni məsələsinə yanaşmamız lap başlanğıcdan aydındır. Biz heç vaxt soyqırımı ittihamlarını qəbul etməyəcəyik”.

Erdoğan deyib ki, ya problemlərin ədalətli həlli tapılacaq, ya da Türkiyə Avropa problemlərinin qarşısında sədd olmağı dayandıracaq.

Erdoğan: "məsələ ermənilərdə deyil...Almaniyaya mesaj..."
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00
Direct-ə keçid

" ARXİVLƏRİMİZ AÇIQDIR"

Erdoğan deyib: "Bizim keçmişimizlə bağlı alnımız açıqdır. Qərb ölkələrinin keçmişdəki cinayətlərinin siyahısını ortaya qoysaq, necə olar?! İkinci Dünya Savaşında Almaniyanın həyata keçirdiyi soyqırımından qaçanların bir qismini bir qəbul etdik. Almaniya parlamentinin bunlardan xəbəri varmı?

Bizim keçmişimizlə bağlı utanacaq bir məsələ yoxdur. Bütün dünyaya səslənirəm ki, bizim erməni məsələsində mövqeyimiz birmənalıdır. Biz soyqırımı ittihamını qəbul etmirik. Birinci Dünya Müharibəsinin şərtləri altında Anadoluda asayişi qorumaq üçün bir sıra tədbirlər görülüb. Almaniya Bundestaqı bu qərarı qəbul edərkən hansı arxiv materiallarından istifadə edib?

Əgər dürüstsənizsə, arxivlərimiz açıqdır, siz də açın. Ancaq buna ürəkləri yetmir, rəzil olacaqlarını bilirlər. Biz arxivlərimizi açmağa hazırıq, Ermənistan, Almaniya, Qərb ölkələri buna hazırdırmı?”.

100 MİN ERMƏNİ

Erdoğan hazırda Türkiyədə 100 minə yaxın erməni olduğunu xatırladıb: “Bunların bir qismi Türkiyə vətəndaşıdır, bir o qədər də Türkiyə vətəndaşı olmayan ermənilər var. Əgər siz dediyiniz bir ölkə olsaydıq, o erməniləri niyə ölkəmizdə saxlayırıq, Avropanın miqrantlarla bağlı etdiyi kimi o erməniləri Ermənistana göndərərdik. Türkiyə 3 milyon miqranta ev sahibliyi edir. Qarınlarının ağrısı başqadır. Buradan Almaniyaya, bütün Avropaya mesaj verirəm ki, ya gündəmdəki məsələləri həll edək, ya da Türkiyə miqrantlarla bağlı Avropa önündə səd olmağa son qoyar, siz də dərdlərinizlə baş-başa qalarsınız”.

"ERMƏNİ MƏSƏLƏSİ BƏHANƏDİR"

Bir gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev də dedi ki, "erməni məsələsi bəhanədir Türkiyəyə təzyiq etmək istəyirlər."

Almaniya parlamentinin aşağı palatası olan Bundestaq iyunun 2-də Osmanlı imperiyası dövründə erməni qırğınını "soyqırım" kimi tanıyan qətnamə qəbul edib.

5 səhifəlik sənəd “ 1915-1916-cı illərdə ermənilər və digər xristian azlıqların soyqırıma məruz qalmasını anmağa çağırır”.

Ermənilər həmin vaxt milyon yarım erməninin soyuqırımına məruz qaldığını iddia edir.

Türkiyə isə bu rəqəmin qat-qat şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli ölənlər olduğunu bildirir.

XS
SM
MD
LG