Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:13

'Banklar bağlansa, qorunmayan əmanətlər batacaq'


Manat
Manat

Bankların arda-arda qapanması vətəndaş əmanətlərinin, özəlliklə sığortalanmayan əmanətlərin taleyini gündəmə gətirir. Real həyatda sığortalanmayan əmanətlərin it - bata düşməsi nadir hadisə deyil. Əmanətlərin Sığortalanması Fondunun açıqladığı statistika da ürəkaçan deyil.

Fondun məlumatına görə, qorunmayan əmanətlərin həcmi 2 milyard 100 milyon manatdır. Bu o deməkdir ki, toplam əmanət məbləğinin 27 faizi qorunmur. Yarımilin yekunlarına görə, banklarda fiziki şəxslərin 7 milyard 761 milyon manat əmanəti var.

Qorunan əmanət həcminin azalması da danılmazdır. İlin 2-ci rübündə belə əmanətlər ötən rüblə müqayisədə 543 milyon manat (8.8 faiz) azalıb. Bu məbləğ ilin əvvəlindəki göstərici ilə müqayisədə də 296 milyon manat (5 faiz) azdır.

Fond qorunan əmanətləri də qaytarmaqda çətinlik çəkir. Lisenziyası ləğv edilən son 4 bankda 126 milyon 956 min manat sığortalı əmanət vardı. Fond bunu ödəməkdən ötrü Mərkəzi Bankdan 100 milyon manat kredit almaq məcburiyyətində qalıb.

«ODUR Kİ, SIĞORTASIZ KİMİ QOYURLAR»

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, sığortalanmayan əmanətlərin mövcudluğu və çoxluğu onların daha çox dollarda olmasından qaynaqlanır: «Özü də, yüksək faizlə. Fondsa xarici valyutadakı əmanəti 3 faizədək sığortalayır. Başqa sözlə, əmanətçilər manata güvənmədiklərindən, pullarını xarici valyutada qorumaq istəyir və odur ki, sığortasız kimi qoyurlar».

Buna da bax - Hansı bankların bağlanma riski var? Ekspert şərh edir

Hansı bankların bağlanma riski var? Ekspert şərh edir
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

«QAYDASIZ DÖYÜŞƏ BƏNZƏYİR»

Ekspert banklar bağlansa, sığortasız əmanətlərin batacağını deyir: «Bankların çoxu mütləq bağlanacaq. İndi «Parabank»da gördüyümüz kimi. Xeyli əmanət batıb orada. Əmanətlərin Sığortalanması Fondu bağlanan 4 bank üzrə əmanətlərin kompensasiya olunması barədə məlumat verir. Amma məndəki məlumata görə, proses çox ağır və əsəbi şəraitdə gedir. Məsələn, «Parabank»ın binasında əmanətlərin necə qaytarılmasına baxmaq yetər: Qaydasız döyüşə bənzəyir. Üstəlik, tutalım, avroda olan əmanəti bəzilərinə nədənsə dollarda qaytarırlar və vətəndaş da mübadilə əməliyyatında xeyli pul itirir. Bu da yeni hoqqabazlıqdır. Bildirəndə də deyirlər ki, narahat olmayın, əmanətləriniz sığortalanıb».

«YALNIZ MANAT ƏMANƏTLƏRİ SIĞORTALANMALIDIR»

Çıxış yoluna gəlincə, Ə.Həsənov bildirir ki, əmanətlərin tam sığortalanmasından, xarici valyutada əmanətlərin sığortalanmasından imtina edilməlidir: «Yalnız manat əmanətləri sığortalanmalıdır. Amma sırf bununla vəziyyəti düzəltmək olmaz. Çünki manata etimad yoxdur. İlk növbədə bundan başlamaq lazımdır. Bunun üçün də manatın məzənnəsini bazar müəyyən etməlidir, yəni həqiqətən üzməlidir. Belə olsa, manat bazar valyutası olar və subyektiv müdaxilədən uzaq olar, tədricən balanslaşar və sabitləşər. Təbii, çətin və uzunmüddətli prosesdir. Amma mövcud şəraitdə asan yollar qalmayıb artıq».

XS
SM
MD
LG