Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:29

Cəbhəçi müəllimlər məhkəməni uddular


Əflatun Əhmədzadə və Ülkər Əhmədzadə
Əflatun Əhmədzadə və Ülkər Əhmədzadə

Sentyabrın 25-i AXCP Neftçala təşkilatının fəalları Əflatun Əhmədzadə və xanımı Ülkər Əhmədzadə məhkəmənin qərarı ilə yenidən işə bərpa ediliblər.

Bu haqda Ə.Əhmədzadə özü Azadlıq Radiosuna məlumat verib:

«Beş ay idi ki, bizim məktəbdən çıxarılmağımızla bağlı verdiyimiz şikayət Neftçala Rayon Məhkəməsində idi. Nəhayət, sentyabrın 25-də rayon məhkəməsi bizim işdən çıxarılmağımız barədə hər iki qərarın əsassız olması barədə qərar çıxardı».

O deyib ki, məhkəmənin qərarı ilə üstəlik, onlara 5 ayın əməkhaqqısı da ödəniləcək:

«Mən də, xanımım da əvvəllər işlədiyimiz məktəblərdə fəaliyyətimizi davam etdirəcəyik. Müəllim üçün öz şagirdlərinə qovuşmaqdan xoş nə ola bilər ki, bu baş verdi».

XATIRLATMA

Ə.Əhmədzadə Neftçala rayon 1 saylı məktəbdə fizika fənnini, onun xanımı Ü.Əhmədzadə isə Nizami Gəncəvi adına orta məktəbdə rus dilini tədris edib.

***Buna da bax-İcazəli mitinqə də getmək olmaz? [video]

2017-ci ilin aprel ayında onlar işdən xaric ediliblər. Onda Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov Ə.Əhmədzadə və xanımı Ü.Əhmədzadənin işdən çıxarılması ilə bağlı qərarı məktəblərin verdiyini demişdi:

«Bu qərar hər iki məktəbin pedaqoji şuralarının, həmkarlar ittifaqlarının mövqeyi əsasında verilib. Təhsil şöbəsi də bunu əsaslı sayıb. Hər iki şəxsin məktəbdə müəllimlikdən azad olunmasına bir neçə səbəb olub. Həm əmək intizamını pozublar, həm məktəbdə siyasi loyallıq prinsipinə əməl etməyiblər, həm də hakimiyyət əleyhinə danışıblar. Halbuki siyasi baxışlar məktəbdə ifadə edilə bilməz, bundan kənarda olmalıdır. Belə prinsiplərə əməl etmədilər, nəticədə də məktəblər bu qərarı verməli oldular».

***Buna da bax-Daha bir cəbhəçi müəllim işdən çıxarılıb

Həmin vaxt Ə.Əhmədzadə isə AzadlıqRadiosuna demişdi ki, aprelin 25-də onu rayon təhsil şöbəsinə çağırıblar. Ondan Milli Şuranın bu il aprelin 8-də keçirdiyi icazəli aksiyada iştirak edib-etmədiyi barədə soruşublar:

«Mən də cavab verdim ki, iştirak etməmişəm. Ondan sonra izahat tələb etdilər, izahat yazmaqdan imtina etdim. Tələb edirdilər ki, AXCP-dən istefa verək və mən buna getməyəcəyimi bildirdim. Dünən (aprelin 27-si) isə məni də, xanımımı da Əmək Məcəlləsinin müvafiq bəndi ilə işdən azad etdilər. Guya əmək müqaviləsinin tələbələrini yerinə yetirməmişəm».

XS
SM
MD
LG