Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 03:54

Şimali Koreya ABŞ-a ‘vaxt verdiyini’ deyir


ABŞ prezidenti Donald Trump (sağda) və Şimali Koreya lideri Kim Jong Un
ABŞ prezidenti Donald Trump (sağda) və Şimali Koreya lideri Kim Jong Un

Şimali Koreya xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair danışıqlarda tutduğu mövqeyi ilin sonunadək dəyişməsə, bunun “arzuolunmaz nəticələri” ilə üzləşə bilər.

Şimali Koreya xarici işlər nazirinin müavini xanım Choe Son Hui aprelin 30-da verdiyi bəyanatda diqqəti ABŞ dövlət katibi Mike Pompeonun bundan əvvəl səsləndirdiyi açıqlamalara çəkib.

Pompeo demişdi ki, əgər danışıqlar iflasa uğrasa, Vaşinqton “tutduğu yolu” dəyişə bilər.

Choe Son Hui buna cavab olaraq deyib:

"Yolu dəyişmək təkcə Birləşmiş Ştatların malik olduğu imtiyaz deyil. Lazım bilsək yolu dəyişmək bizim öz seçimiziz ola bilər. Əgər Birləşmiş Ştatlar bizim verdiyimiz vaxt müddətində öz mövqeyini bərqərar etməsə, o həqiqətən də bunun arzuolunmaz nəticələrini görəcək”.

ABŞ prezidenti Donald Trump və Şimali Koreya lideri Kim Jong Un arasında iki sammitin keçirilməsinə baxmayaraq Pxenyanın nüvə proqramına dair danışıqlar bəhrə verməyib.

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Jong Unun iştirakılə ötən ay Vladivostokda keçirilən şam yeməyi. Xanım Choe Son Hui Lavrovun yanında oturub
Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Jong Unun iştirakılə ötən ay Vladivostokda keçirilən şam yeməyi. Xanım Choe Son Hui Lavrovun yanında oturub

Pxenyan, o hələ nüvəsizləşmə öhdəliyi götürməzdən əvvəl özünə qarşı sanksiyaların qaldırılmasını tələb edir. Vaşinqtion isə israr edir ki, Şimali Koreya öz nüvə silahlardan tez bir zamanda əl çəkməlidir.

Kim öz təbirincə deyilərsə, Birləşmiş Ştatların danışıqlarda daha konstruktiv olması üçün ilin sonunadək vaxt müəyyən etmişdi.

Lakin Trump və Pompeo onun qoyduğu vaxtı rədd edərək Kimi nüvəsizləşməyə dair öhdəliyinə əməl etmək istiqamətində hərəkətə keçməyə çağırmışdılar.

Şimali Koreya BMT-nin qətnamələrinə baxmayaraq özünün nüvə və raket proqramlarını davam etdirir.

XS
SM
MD
LG